Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə seçkilərin konkret bir qalib yoxdur - Netanyahu-Tramp münasibətləri necə olacaq?

Cared Kaşner bundan, sözsüz ki, zərbə alacaq. Lakin Trampın Netanyahu ilə səmimiyyətinin səbəbi İsrail Baş nazirinin gözlədiyi kimi olmaya bilər...

Mairav ZONSZEİN
“The Independent” qəzeti, Böyük Britaniya, 25 sentyabr 2019-cu il

“Reuters” bildirir ki, Netanyahunun iqtidarda qala bilməyəcəyi nəzərə alındıqda bu durum Tramp adminstrasiyasına böyük bir zərbə vuracaq.

Parlamentdəki 120 yerdən 32-ni qazanan “Mavi-Bəyaz” Partiyası ilə 31 yerlə qazanan iqtidardakı “Likud” Partiyasının yarışdığı bu həftəki İsrail seçkilərindən bir qalib çıxmaması İsraili idarə edəcək koalisiyanın qurulmasını gecikdirə bilər. Netanyahunun baş nazirliyini qoruması ehtimal edilməsə də, o, hələ oyundan kənarda deyil. Lakin burası dəqiqdir ki, Netanyahu 5 ay ərzində koalisiya höküməti qura bilmədiyi üçün keçirilən bu 2-ci seçkidən sonra, əslində, Netanyahunun baş nazirlik kariyerası artıq sona çatarkən sandıqdan milliyətçi sağçı bir gündəm ortaya çıxıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sabiq Baş Qərargah rəhbəri Benni Qantsın liderliyindəki “Mavi-Bəyaz” Partiyası, Aviqdor Libermanın “Yisrael Beiteinu” Partiyası və rəqib olduqları “Likud” Partiyası eyni gündəmi bölüşürlər. Bu durum ona işarə edir ki, fələstinlilərin hərbi işğalını başa çatdırmağa və 1967-dən əvvəlki sərhədlərə əsasən müzakirə edilmiş iki dövlətli həll yolunda işləməyə təkan verir.

Adı çəkilən sağçı partiyaların bir hissəsi ya da hamısı arasında birlik hökümətinin qurulması və onların fələstinlilərə qarşı mövcud siyasi statusu davam etdirməsi ehtimalı da günü-gündən artır. İsrailin daxilindəki bu seçkilər din-dövlət münasibətlərinə də təsir edə bilər.

Digər tərəfdən, Netanyahunun uğursuzluğa düçar olması və Baş nazir kimi keçirdiyi 10 ildən sonra iqtidarı itirməsi ehtimalı da seçkinin önəmli bir hissəsini təşkil edir. İsrailin ən uzun müddət vəzifədə olmuş Baş nazirinin etdiyi qanunsuzluqlardan bəzilərini xatırlasaq, görərik ki, ona yönəlmiş çoxlu ittihamlar var. Məsələn, “Facebook”da bloklanmasına səbəb olacaq qədər fələstinlilərə və solçulara qarşı nifrət nitqi ilə dolu irqçi bir seçki kampaniyasına liderlik edib və seçki günündə də bir neçə dəfə qanun pozuntusuna yol verib.

Ərəb partiyalarının birləşmiş qrupu “Ortaq Siyahı” da qazandığı 13 yerlə “Knesset”dəki üçüncü böyük partiya olaraq Netanyahuya vurulan bu zərbəyə yardım edə bilib: İsrailin ən böyük milli azlığı üçün sadədillik etmək ancaq böyük bir qazanc ola bilər. Çıxış anketlərindən sonra çərşənbə axşamı saat 3-də etdiyi çıxışda bir az məğlub kimi görünən Netanyahu kariyerasının təməl nöqtəsini - İran təhididini - xatırlayıb və bildirib ki, ancaq onun özü Trampın öhdəsindən gələ bilər.

Bu məqalə yazılan zaman Tramp seçkilərlə bağlı hələ heç bir tvit atmamışdı. Xüsusilə də, seçkiyə az zaman qalmış Con Boltonu qovmasını və İran məsələsindəki gərginliyini də nəzərə aldıqda Trampın reaksiyasını görmək çox maraqlı olacaq. Netanyahunun daha çox iqtidarda qalmayacağını nəzərə alsaq, bu durum 2016-dan bu yana İsrail Baş nazirinin arxasında dayanan Tramp adminstrasiyası üçün də böyük bir zərbə olacaq. Eyni zamanda, bu, Netanyahu ilə Trampın köhnə müşaviri və kürəkəni Cared Kaşner arasında uzun müddətdir davam edən dostluğa da zərər verə bilər.

Lakin prezident Trampın problemi İsrailin bir sonrakı Baş nazirinin kim olacağı deyil. Trampın marağında olan bircə məsələ var: 2020-dəki prezident seçkiləri. Hal-hazırda onsuz da Tramp Netanyahuya ABŞ səfirliyini Qüdsə daşıması, İsrailin Qolan təpələrini ölkəsinə birləşdirməsini tanıması, İsrailin məskunlaşma cəhdini sağlamlaşdırıb, fələstinliləri də öz dövlətlərinə sahib olma ehtimalından məhrum etməsi üçün açıq dəstək vermişdi. ABŞ prezidenti bunları Netanyahunun seçkilərdə qalib gəlməsindən əlavə, böyük ehtimal, ABŞ-da öz İsrail tərəfdaşlarını nəzərə alaraq həyata keçirib. Görünür, keçən həftə sonu Trampın ortaya atdığı qarşılıqlı müdafiə müqaviləsi belə Netanyahunun şansını artıra bilməyib. Tramp, yəqin ki, ölkəni kimin idarə etməsindən asılı olmayaraq, İsraili hədiyyələrlə bəzəyəcək.

Netanyahudan başqa biri tərəfindən idarə edilən İsrail hökümətinin ABŞ-İsrail münasibətlərinə olan təsiri çox da önəm daşımayacaq. Həm İsrail, həm də ABŞ-dakı liberalların çoxu da: “Baxın Netanyahunun getməsi ilə İsrail yenidən normal bir ölkəyə çevrildi. İsrail demokratiyası hələ də canlıdır”, deyə biləcəklər.

Netanyahunun Baş Qərargah rəhbərliyini etmiş və 2014-dəki Qəzza hücumuna rəhbərlik etmiş Benni Qantz Fələstin cəbhəsində Netanyahu ilə, demək olar, eyni siyasəti izləyir. Qantz bu ayın əvvəlindəki bir konfransda deyib: “İordaniya vadisinin nəzarətini əldə saxlamaq, məskunlaşma bloklarını mühafizə etmək, Qüdsü bölməmək, 67 sərhədlərinə qayıtmamaq, təktərəfli hərəkət eməmək prinsiplərinə əsaslanan bir razılaşma əldə etmək tərəfdarıyam”. Qantz, həmçinin, İran məsələsində özü ilə Netanyahu arasında bir fərq olmadığını da bildirib. İndi koalisiyanın necə işləyəcəyini diktə edəcək olan Liberman da bir məskun ərazisində yaşayır və fələstinli vətəndaşları İsraildən köçürmək planını hazırlayır.

Netanyahu olsa da, olmasa da, İordaniyanın qərb hissəsinin birləşdirilməsi və yəhudi irqçiliyinə bənzər bir dövlətin rəsmiləşməsi İsraildə tamamilə normal hal alıb və Tramp adminstrasiyası bunu tamamilə dəstəkləyir. Əsas sual isə budur: Əgər bir “Demokrat” namizədi gələn il Trampa qalib gəlsə və İsraili etdiyi bütün əməllərə görə ittiham etsə, o zaman ABŞ-İsrail münasibətləri necə olacaq?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar