Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə koronavirusdan effektiv müalicə üsulu tətbiq edilir

İsrailin Hayfa şəhərində yerləşən “Pluristem” şirkəti hüceyrə terapiyası sayəsində koronavirus səbəbindən kritik vəziyyətdə olan altı xəstəni müalicə etdiyini bildirib...

“Jerusalem Post” xəbər verir ki, xəstələr İsrailin üç fərqli tibb mərkəzində müalicə alıb.

Onlar nəfəs çatışmazlığından və koronavirusun yaratdığı digər çətinliklərdən əziyyət çəkirmiş.

Bundan əlavə, dörd xəstədə digər problemlər, o cümlədən ürək-damar və böyrək çatışmazlığı təsbit edilmişdi.

Məlumata əsasən, qeyd edilən üsulla müalicədən sonra dörd nəfərin tənəffüs parametrlərində müsbət dəyişikliklər qeydə alınıb. İkisində isə bundan əlavə kliniki sağalma müşahidə edilib.

“Pluristem”in PXL hüceyrələri immuniteti modullaşdıran xüsusiyyətlərə malikdir. Mütəxəssislər qeyd edir ki, bu isə pnevmoniya və pnevmonitdən ölüm hallarının azalmasına gətirib çıxardacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar