Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İsraildə hökumət qurmaq mümkün olmur

İsraildə yeni hökumətin qurulması düyünə düşüb, daha bir növbədənkənar parlament seçkisi ehtimalı var...

Bu il aprelin 9-da keçirilmiş parlament seçkisində indiki baş nazir Benyamin Netanyahunun Likud Partiyası üstün gəlsə də, hökumət qurmaq mümkün olmayıb və parlament özünü buraxaraq təkrar seçkiyə qərar verib.

Sentyabrın 17-də yeni parlament seçkisi keçirilib. Nəticələrə görə, Beni Qantsın liderlik etdiyi müxalif Kahol Lavan bloku parlamentə 33 mandatla düşüb. Likud Partiyası 32 mandat götürüb.

Hökumət qurmaq üçün 120 nəfərlik parlamentdə 61 mandat tələb olunur.

17 sentyabr seçkisinin nəticələri təsdiqlənəndən sonra yeni hökumətin qurulması Benyamin Netanyahuya həvalə olunub. Baş nazir bu işin öhdəsindən gələ bilmədiyi üçün prezident Reuven Rivlin hökumət qurmağı Beni Qantsa tapşırıb. Onun hökumət qurmaq üçün vaxtı noyabrın 21-də bitib.

Benyamin Netanyahu və Beni Qants koalisiya danışıqlarının baş tutmamasında bir-birlərini günahlandırırlar.

Parlamentdə 5-13 mandat arasında təmsilçiliyi olan daha 7 siyasi qüvvə yer alır.

1949-cu il təvəllüdlü Benyamin Netanyahu 2009-cu ildən baş nazirdir. O, 1996-1999-cu illərdə də hökumətə rəhbərlik edib.(novator.az)

pia.az


Etiket: İsrail


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

PKK-nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

loading...

Ən çox oxunanalar