Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə COVİD-19-a qarşı yeni dərmanın istifadəsinə başlanılıb

İsraildə xəstəxanalar, koronavirus xəstələrinin müalicəsi üçün "Regeneron" dərmanını təyin etmək hüququnu əldə edib. "Vesty.co.il" qəzeti yazır ki, dünən bu dərmanı artıq 17 xəstə almışdır.

Araşdırmalara görə, "Regeneron", risk altında olan xəstələrdə COVID-19-un ağır gedişatının qarşısını alır.

Elmi adı "REGN-COV2" olan "Regeneron", koronavirusa qarşı iki növ anticisimlərin bir kokteylidir. Virusun tənəffüs sistemində yayılmasının sürətini azaltmaq və yoluxmamış hüceyrələri müdafiə etmək üçün dərman orqanizmə venadaxili daxil edilir. "Regeneron", xəstəliyin əvvəlində tətbiq edilməlidir, bu müddət ərzində anticisimlər virusun yayılmasını ləngidə bilər. Çox gec mərhələdə tətbiq edilməsi təsirsizdir, çünki bu zaman qorunmada əsas rolu artıq hüceyrələrə girmiş virusları məhv edən T-limfositlər oynayır. Araşdırmalar göstərir ki, "Regeneron" ağır xəstəlik riskini 70% azaldır.

Leykositlər tərəfindən məhv edilməsi üçün anticisimlər koronavirusu aşkar etməli, zərərsizləşdirməli və işarə etməlidirlər. Dərmanın tərkibində sintetik anticisimlər xəstənin orqanizmində əmələ olunmamış anticisimləri əvəz edir: onlar kateter vasitəsilə qana daxil edilir və bütün bədənə yayılır.

"Regeneron" komponentləri koronavirusla qarşılaşdıqda onu zərərsizləşdirir və yoluxmamış hüceyrələrə girməsini maneə törədir. T-limfositlər isə anticisimlər tərəfindən işarə edilmiş virus hissəciklərini məhv edir.

Dərman venadaxili daxil edilir. Kateter xəstənin damarına daxil edilir və onun vasitəsi ilə dərman bədənə yarım saat ərzində daxil olur. Bundan sonra həkimlər xəstəni bir saat izləyirlər.

Yan təsirlərə gəldikdə, hər hansı bir bioloji məhsul kimi, "Regeneron" nadir hallarda allergik reaksiyaya səbəb ola bilər, bu səbəbdən də xəstə bir saat izlənilməlidir. Ancaq, dərman ümumiyyətlə yüksək təhlükəsizlik səviyyəsinə malikdir.

Dərman yüngül və orta dərəcədə COVID-19 xəstələri üçün nəzərdə tutulmuşdur.

Hesab olunur ki, dərman 85% hallarda xəstəxanaya yerləşdirilməsinin və 70% hallarda ölümün qarşısını ala bilir. Qeyd edək ki, "Regeneron"dan ABŞ-ın keçmiş prezidenti Donald Tramp istifadə edirdi. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar