Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub

İsrail Səudiyyə Ərəbistanının nüvə obyekti tikməsindən narahat olub və bunu xüsusi qaydada Tramp administrasiyasının diqqətinə çatdırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” və “The Wall Street Journal” qəzetləri məlumat yayıblar.

Verilən informasiyaya əsasən, İsrailin müdafiə və kəşfiyyat nazirlikləri Səudiyyə Ərəbistanının Çinlə birlikdə paytaxt Ər-Riyaddan bir qədər aralıda xüsusi çalışmalara başladığını təsbit edib. Həmin obyektdə uranın zənginləşdirilməsi üçün əsas material rolunu oynayan “sarı keks” adlandırılan maddənin (uran fluoridi) istehsal olunacağı gözlənilir.

“Mossad”ın yüksək rütbəli bir rəsmisi adı çəkilən mətbu orqanlara hazırkı anda səudiyyəlilərin niyyətini anlamadıqlarını söyləyib. Baş nazir Benyamin Netanyahu isə bu məsələdə ehtiyatlı davranış sərgiləyir. Çünki Səudiyyə Ərəbistanı İsrailin İrana qarşı gizli mütəfiqlərindən biri hesab olunur və israillilər rəsmi Ər-Riyadın bir gün Birləşmiş Ərəb Əmirlikləri kimi onlarla münasibətlərini normallaşdıracaqlarına ümid bəsləyirlər.

İsrail tərəfi Səudiyyə Ərəbistanının atom energetikası sahəsində Çini seçməsindən də qayğılanıblar. Çünki başqa ölkələrdən fərqli olaraq Çin əməkdaşlıq etdiyi ölkələrin üzərinə nüvə texnologiyalarından mütləq dinc məqsədlərlə istifadə etmək öhdəliyini qoymur.

pia.az 


Etiket: Netanyahu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar