Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail səfirliyi: “Əsrin sazişi” barışıq üçün gözəl plandır

ABŞ prezidentinin təqdim etdiyi plan sayəsində İsrail sülh və əmin-amanlığın qazanılacağına, fələstinlilərin də daha yaxşı yaşayacaqlarına ümidvardır...

Bu barədə “Report”a İsrailin Azərbaycandakı səfirliyindən ABŞ prezidenti Donald Trampın irəli sürdüyü “əsrin sazişi”ni şərh edərkən bildiriblər.

“Dünən baş nazir Netanyahunun da dediyi kimi, İsrail sülh planı əsasında fələstinlilərlə razılaşmağı qəbul edib. Bu, hamı üçün gözəl plandır. Bu, barışıq üçün gözəl plandır. İsrail sülh və əmin-amanlığın qazanılacağına, nəticədə ölkənin təhlükəsizliyinin təmin olunacağına, ərəb ölkələri ilə münasibətlərin yaxşılaşacağına, fələstinlilərin də daha yaxşı yaşayacaqlarına ümidvardır. Həmin sülh planı da bütün bu məqsədlərə yönəlib”, - səfirliyin açıqlamasında qeyd olunur.

İsrailin fələstinlilər üçün daha yaxşı həyat arzuladığı da diqqətə çatdırılıb: “Biz fələstinlilərin gələcəyini milli ləyaqətlə, rifah və ümidlə dolu görmək istəyirik. Bu sülh planı fələstinlilərin milli dövlətçiliyə yolunu açır. Fələstinlilərin bu planı qəbul edərək İsraillə sülh və firavan gələcək quracaqlarına ümidvarıq. Həmçinin ərəb qonşularımızın da bu görüş tərzini qəbul edərək İsraillə barışıq yolunu açacaqlarına inanırıq. Bu yol hamımızı parlaq gələcəyə apara bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar