Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı

Hər dövrün olduğu kimi, COVID-19 günlərinin də öz qəhrəmanları var...

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlardan biri İsrailin Netanya şəhərində yaşayan yəhudi əsilli həmyerlimiz Sara Mirzəyevadır.

“İsrael Hayom” qəzetinin yazdığına görə, şəhərin “Magen David Adom” təcili yardım xidmətində beş ildir çalışan Sara Mirzəyeva hər gün koronavirusa yoluxmuş xəstələrə yardım edir.

Həmyerlimizi COVID-19-la mübarizənin qəhrəmanı adlandıran qəzetin “Koronavirus qorxusunun öhdəsindən necə gəlirsiniz?” sualına cavabında S.Mirzəyeva deyib ki, tibb sahəsi həmişə təhlükə ilə üz-üzədir:

“Qorxu vəziyyətində insanın təbiəti ikiyə bölünür. Qorxu onu ya susdurur, ya da ona güc verir. Əvvəlcədən edə bilmədiyin hərəkətləri yerinə yetirmək üçün həmin qüvvə böyük impulsa çevrilir. Tibb aləmi həmişə təhlükə ilə üz-üzədir. Bu, əvvəlcədən bilmədiyin və nəzərə almadığın bir şey deyil”.

S.Mirzəyeva qeyd edib ki, ixtisasını seçəndə bütün çətinlikləri nəzərə alıb və xalqa xidmət borcunun öhdəsindən yetərincə, şərəflə gələcəyinə əmin olduqdan sonra qərarını verib:

“İşimin öhdəsindən lazımınca gəlmək üçün daim oxumalı, öyrənməli, araşdırmalı olduğumu da bilirəm. Bütün bunlar mənə güc verir. Həyat gözəldir! İnsanları sevərək, yardım edərək yaşamalıyıq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar