İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” Türkiyənin Rusiyadan bu yaxınlarda aldığı S-400 “Triumf” zenit-raket komplekslərinin yerləşdirildiyi mövqeləri görüntüləyib
Şirkət komplekslərin görüntülərini özünün Twitter səhifəsindən yayıb.
Görüntülərə əlavə olaraq şirkət bildirir ki, komplekslər Ankara ətrafındakı Mürted aviabazasında yerləşdirilib, sistem əməliyyat rejimindədir, radarları və raket-buraxılış qurğuları döyüş mövqeyindədir. Lakin raket-buraxlış qurğuları boşdur və raketlərlə doldurulmayıb.
Ehtimal edilir ki, kompleksin raketləri hələ Türkiyəyə çatdırılmayıb və daha sonrakı mərhələdə gətiriləcək.(virtualaz.org)
pia.az