Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İran bazasını Azərbaycana satdığı raketin yeni modifikasiyası ilə dağıtdı

İsrail aprelin 13-də Suriyanın Hama əyalətində İranın nəzarətindəki raket araşdırmaları və istehsalı mərkəzinə hava hücumu zamanı səsdən iti uçan ən yeni raketi tətbiq edib

Virtualaz.org İsrail qaynaqlarına istinadən xəbər verir ki, həmin raketə qarşı mövcud raket əleyhinə sistemlər, o cümlədən vurulan obyektin bilavasitə yaxınlığında yerləşdirilmiş S-300 PMU “Favorit” zenit-raket kompleksi faydasızdır.

Hərbi analitik Babak Taghvai bildirir ki, Masayyaf raket araşdırmaları mərkəzinə hücum zamanı tətbiq olunan raket İsrailin “Israel Aerospace Industries” (IAI) və “Israel Military Industry Systems” (IMI) şirkətləri tərəfindən birgə istehsal olunan “Rampage” raketidir.

Söhbət böyük təsir radiusuna malik olan və səsdən iti sürətlə uçan, ən yeni naviqasiya avadanlığı quraşdırılmış raketdən gedir. “Rampage” yaşı mühafizə olunmuş hədəfləri nisbətən aşağı xərclə məhv etməyə imkan verir.

Bu raket təyyarədən buraxılandan sonra bir neçə yüz kilometr məsafədə hədəfləri vura bilir. Raketdə quraşdırılmış sistem şrapnellərin miqdarına da nəzarət etməyə imkan verir ki, bunun sayəsində həmin silahla sözün əsl mənasında “cərrahi” zərbə endirmək olur.

Raketlər F-16 və F-35 qırıcılarında quraşdırıla bilir və düşmənin raketdən müdafiə sistemlərinə, silah anbarlarına və logistika bazalarına qarşı nəzərdə tutulub.

Məsələ burasındadır ki, hava-yer tipli “Rampage” raketləri İsrailin IMI şirkəti tərəfindən işlənib hazırlanan “EXTRA” yerüstü raket sisteminin modifikasiyasıdır. Bu raketlər İsraillə yanaşı 2013-cü ildən etibarən Azərbaycan və Vyetnam ordularının silahlanmasında yer alır. Azərbaycan Silahlı Qüvvələrinin “EXTRA” raketləri dəfələrlə hərbi paradlarda və təlimlərdə nümayiş olunub. Bu raketlər 150 kilometr mənzillidir və 120 kiloqram ağırlığında döyüş başlığı ilə təchiz olunub. Dəqiqliyi 10 metrə qədərdir.

“EXTRA” raketləri IMI tərəfindən işlənib hazırlanan “LYNX” buraxılış qurğusundan buraxılıa bilər, lakin digər münasib buraxılış qurğularında da tətbiq edilməsi mümkündür.

IMI həmin raketlərin hava-yer versiyasını işləyib hazırlayıb və bu ildən etibarən seriya istehsalını həyata keçirir. “Rampage” raketləri “EXTRA” raketlərindən ancaq xarici dizaynında edilmiş cüzi dəyişikliklərlə fərqlənir. Bu raketlərin ilkin variantı "MARS" adlandırılmışdı, daha sonra şirkəti raketə "Rampage" adı verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar