Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyadakı reanimasiyalarda rekord yüklənmə qeydə alınıb

İspaniyanın Səhiyyə Nazirliyi ölkədə pandemiyanın miqyasının genişlənməsi ilə bağlı narahatlığını bildirir.

AZƏRTAC xəbər verir ki, ölkədə intensiv terapiya şöbələrinin rekord sayda yüklənməsi qeydə alınıb. Reanimasiya şöbələrində artıq 2180 nəfərin yerləşdirildiyi bildirilir ki, bu da çarpayıların 21,71 faizini təşkil edir. Bu, dördüncü dalğanın başlanğıcından bəri ən yüksək faizdir. Ən pis vəziyyət Madrid, La-Rioxa (40 faizdən çox) və Kataloniyada (38 faiz) qeydə alınıb.

Bir gündə aşkarlanmış infeksiya hallarının sayı yenidən 10 mini keçib. Bu cür halların baş verməsi nəticəsində 14 gün ərzində yoluxanların sayı hər 100 min nəfərə nisbətdə 213,05 nəfərədək artıb. Bu, sözügedən dalğanın ən yüksək (gün ərzində 5,10 faiz) göstəricisidir.

İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə ümumi yoluxanların sayı 3 milyon 407 min 283 nəfər, ölüm hallarının sayı isə 76 min 981 nəfər təşkil edir.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar