Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyada saat oğruları yenə fəallaşdı, səfirə hücum edildi

Əfqanıstanın İspaniyadakı səfiri avqustun 18-də Barselonada xuliqanlıq hücumuna məruz qalıb

Bu, İspaniyanın bu Aralıq dənizi limanında baş vermiş ən son yüksək profilli oğurluq hadisəsidir.

Bildirilir ki, Humayun Rasav şəhərin mərkəzində hücuma məruz qalıb, qol saatını oğurlamaq üçün onu yerə yıxıblar. Açıqlamanı polisin sözçüsü verib. Əfqanıstanın milli bayramını qeyd etmək üçün Barselonaya getmiş Rasaa qıçından xəsarət alıb, ancaq durumu “yaxşıdır”. Madriddəki Əfqanıstan səfirliyindən belə bildiriblər.

İspaniyanın “El Periodico” qəzeti yazır ki, səfirin saatının qiyməti 17 min avro (18 min 850 dollar) olub.

Avropanın turist mərkəzlərindən olan Barselonada cinayətlərin sayı kəskin artıb, əcnəbilərin başına gələn əhvalatlar isə qlobal xəbər başlıqlarına çıxır.

İyunun sonunda Cənubi Koreya hökumətinin nümayəndə heyətinin tərkibinin qadın üzvü hücuma məruz qalıb. Onun pul kisəsini dartmaq istəyəndə yıxılıb, başından ağır xəsarət alıb, dünyasını dəyişib. Bu ayın əvvəlində bir çinli gecə klubu qarşısında davada ölüb. İspaniyanın ikinci böyük şəhəri, 1,6 milyon nəfər əhalisi olan Barselonada iyuldan bəri səkkiz qətl törədilib. Bu, Avropada cinayətkarlığın ən aşağı səviyyəsi ilə tanınan İspaniya üçün böyük rəqəmdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar