Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya diktatorunun cənazəsi 44 il sonra məzarından çıxarılıb

PİA.az xəbər verir ki, bu gün İspaniya diktatoru, general Françisko Frankonun qalıqları məzarından çıxarılaraq, dövlət qəbirstanlığına aparılıb

Məlum olduğu kimi, diktator 1975-ci ildə “Şəhidlər Vadisi” məqbərəsində dəfn edilib. Lakin bu məqbərədə Françiskonun səbəb olduğu vətəndaş müharibəsi zamanı həlak olanların 34 min nəfəri dəfn olunub. İspaniya hökuməti bu səbəbdən diktatorun mavzoleyinin bu məqbərədə olmasını doğru hesab etməyərək, onun qalıqlarının “Şəhidlər Vadisi”ndən 50 km uzaqda yerləşən, arvadının da dəfn olunduğu “El Pardo” dövlət qəbiristanlığına eskumasiya edilməsini istəmişdi. Bununla bağlı məhkəməyə müraciət edilmişdi.

Məhkəmə bu qərarı təsdiqləyincə, Frankonun ailəsi qərarla bağlı İspaniya Ali Məhkəməsinə şikayət vermişdi və diktatorun Madridin mərkəzindəki kral sarayına bitişik Almudena katolik məbədinin qəbirstanlığında – qızının yanında dəfn olunmasını istəyirdi.

Lakin İspaniya Ali Məhkəməsi də bu qərarı təsdiqdə saxlamışdı və 24 oktyabr tarixində diktatorun qalıqlarının dövlət qəbiristanlığına köçürülməsi barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, diktatorun qalıqları nəvələrinin müşayiəti ilə, vertolyotla adı çəkilən qəbiristanlığa aparılıb. Diktatorun bu dəfninə nəvələrindən başqa sadəcə bir tibb və notarius işçisi, ədliyyə naziri qatılıb.

Xatırladaq ki, Fransisko Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib. O, 1936-cı ildə İspaniyada baş tutan hərbi çevrilişin təşkilatçılarından biri olub. Bu çevriliş respublikaçılarla millətçilər arasında vətəndaş müharibəsinə gətirib çıxarıb. Üç il davam edən müharibədə milllətçi qüvvələrə rəhbərlik edən Franko qalib gəlib, İspaniya Respublikası süqut edib.

Franko ölkə üzərində nəzarəti bütünlüklə ələ keçirib, ölkədə diktatura qurulub. Bu diktatura Franko İspaniyası adı alıb. Franko İspaniyası totalitar dövlət kimi xarakterizə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, vətəndaş müharibəsi illərində respublikaçılardan 320 min, çevrilişçilərdən isə 130 min nəfər həlak olub.

Avropada Napoleon Bonapartdan sonra ən gənc – 33 yaşında briqada generalı olan Franko sonradan generalissimus rütbəsinə yüksəlib. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar