Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya daha 12 ölkə ilə sərhədlərini açacaq

İspaniya hökuməti iyulun 4-dən etibarən Avropa İttifaqına (Aİ) üzv olmayan və Aİ Şurası tərəfindən tövsiyə olunan ilkin siyahıda adları olan ölkələrlə sərhədlərini tədricən açmağa başlayacaq...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı press-relizdə deyilir.

“Çin, Mərakeş və Əlcəzair ilə sərhədlərin açılması bu ölkələrin qarşılıqlılıq prinsipi ilə davranıb-davranmamalarından və sərhədlərini İspaniya sakinləri üçün yenidən açıb-açmamasından asılıdır. Amma Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay sakinlərini şənbə günündən İspaniyanı ziyarət edə biləcəklər”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, İspaniya iyunun 21-də Şengen ölkələri, iyulun 1-dən etibarən isə Portuqaliya ilə pandemiya səbəbiylə bağlanmış sərhədlərini açıb.

İspaniyada koronavirus infeksiyasının yayılmağa başlamasından bəri 250 mindən çox yoluxma halı təsbit edilib, 28,3 mindən çox xəstə ölüb. Mart ayının ortalarında ölkədə yüksək hazırlıq rejimi tətbiq olunub. Bu tədbir əhalinin hərəkətini məhdudlaşdırmağa imkan verib. Rejim iyunun 21-də başa çatıb.

pia.az


Etiket: İspaniya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar