Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İsmayıllıda qanlı olay: Sosial şəbəkədə mübahisə qətlə səbəb oldu

20 dekabr 2020-ci il tarixdə Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Məsimli Səxavət Sübhan oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində rayon ərazisində yerləşən parkda Fərid Musayevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Səxavət Məsimli Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Mehdiyev Ziya Məmmədovun qardaşını işdən çıxarıb? – Açıqlama

Ən çox oxunanalar