Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda özünü vəkil kimi təqdim edən şəxs tutuldu

DİN açıqlama yaydı...

İsmayıllı rayonunda vətəndaşları aldadan şəxs tutulub.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunan Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.

Belə ki, P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq edib, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub.

DİN bildirib ki, P.Qurbanovun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir: “Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı RPŞ-nin 020-285-11-89 şəhər və (050) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.

pia.az


Etiket: DİN İsmayıllı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar