Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Dövlət Gömrük Komitəsində baş verənlərin təfərrüatı...

Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyəti ilə bağlı araşdırmalara başlanması haqda məlumat vermişdik.

DGK-nın "qara siyahı”sına düşmüş rəsmilərindən biri də komitə sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynovdur.

Xatırladaq ki, gömrük generalının hədəfə gəlməsi onun barəsində son günlər ölkə mətbuatında haqqında yazılanlardır. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu bəlli olub.

Bundan əlavə casusluqda ittiham edilən Abbasquliyeva Lamiyə Elxan qızının dost-doğma qardaşı Emin Hacıyev Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı olub. Maraqlıdır ki, onun burada işə düzəlməsində yaxın qohumu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov həlledici rol oynayıb. İsmayıl Hüseynovun bibisioğlu olan Emin Hacıyevin hazırda axtarışa verildiyi bildirilir. Məlumata görə, 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol verən Emin Hacıyev də DGK sədrinin birinci müavini İsmayıl Hüseynova əlavə başağrısı olub.

Son məlumatda isə bildirilir ki, artıq İsmayıl Hüseynovun səlahiyyətləri əlindən alınıb. Haqqında daxili təhqiqat aparılan birinci müavinin vəzifəsinin tələb etdiyi bütün proseslərdən kənarlaşdırıldığı bildirilir.

Araşdırmaların nəticəsi olaraq general-leytenant İsmayıl Hüseynov haqda hansı qərarın veriləcəyi isə maraqla gözlənilir.(Sfera.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar