Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaşlı kadrlardan da istifadə olunmalıdır, gənc nəsildən də” – Sədaqət Qəhrəmanova

“Son təyinatlarda məqsəd heç də yaş məsələsinin qabardılması deyil. Proses belədir: məsələn, mənim yaşım çatıb və müraciət edirəm ki, artıq işləyə bilmirəm, istirahətə getmək istəyirəm. İndi burada nə var ki?!” 

Bunu Etikxeber.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, sabiq icra başıçısı və hazırda 70 yaşı olan Sədaqət Qəhrəmanova son kadr təyinatları ilə bağlı yaşlı nəsil nümayəndələrinin bəzi media orqanlarında və sosial şəbəklərdə hədəf alınmasına, özünün istefa ərizəsi yazıb-yazmayacağına münasibətini bildirərkən deyib.

“Yəni, dövlətin qurulmasında, dövlət quruculuğunda, cəmiyyətin formalaşmasında yaşlı nəsil də lazımdır, gənc nəsil də lazımdır. Dövlət başçısı özü də bu yaxınlarda iki gənc icra başçısını qəbul edərkən bu barədə öz fikirlərini söylədi”– deyən S. Qəhrəmanovanın sözlərinə görə, insanlar, ölkə vətəndaşları, media təmsilçiləri bu məsələləri kampaniya xarakteri daşıyan məsələlər kimi qəbul etməməlidirlər.

“Bu gün bizim elə yaşlı kadrlarımız var ki, onların sözünə ehtiyac var, onların nüfuzuna ehtiyac var. Onlar bir dəfə çıxıb kütlə qarşısında görünəndə onun özünün böyuk təsiri, effekti olur. 

Bilirsiniz, insanın formalaşması, cəmiyyətin doğru məcraya yönəlməsi məsələsi bir ideologiya məsələsidir.

Bu ideologiyanı da formalaşdıran həm bizim güclü, təcrübəli, yaşlı nəsildən olan insanların sözünə ehtiyac var, həm də bugünkü gənc nəsil nümunəsinə ehtiyac var. Ona görə bunu belə anlamaq lazımdır. Bunu hay-küyə düşüb kampaniya xarakteri kimi görmək, qəbul etmək lazım deyil. Yaşlı, lazımlı kadrlardan da istifadə olunmalıdır, gənc nəsildən də. Əslində gənc nəsil o yaşlı nəslin yanına gedir, onlardan öyrənir, təcrübə əldə edir. Bunun da gözəl nəticələrini görürük, müşahidə edirik…”, - deyə, S.Qəhrəmanova sözlərinə əlavə edib. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar