Cümə, 07 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 19-dan 24-dək qeydiyyatdan keçə bilərlər

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. “İslamşünaslıq” ixtisası üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlərin III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balı ən azı 150 bal, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 50 bal olmalıdır.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün 19‑24 iyul 2019-cu il tarixlərində DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisəsini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Qabiliyyət imtahanının proqramı və qiymətləndirmə meyarları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

"Bu şəhərdə" Ramin Bayramlını parodiya etdi - Video

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...

“Bəsdirin millətin əsərlərini korladınız...” - Milli Məclisdə gərgin müzakirələr

Azərbaycan müxalifəti fövqəladə toplantı keçirir - Fotolar

Məhkəmə Gülər Əhmədovanın oğlu haqqında qərar verdi

“Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır? - Komitədən cavab

“Bəzi qadınlar qudurğanlıqdan pis yola düşürlər” – Rasim Balayev

"Yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" - Əli Əsədov

loading...

Ən çox oxunanalar