Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslamda ananın yüksək məqamı

Dinimizdə anaya hörmət edilməsi zəruri əməllərdən hesab edilir

Allah Təala valideynə və xüsusilə də analara hörmət edilməsini zəruri əməllərdən hesab etmişdir. Ana sözü deyildikdə hər bir təkəbbürlü və quldur insanın ürəyini riqqətə gətirər. Ana elə bir varlıqdır ki, ətrafında olanlar ona dəli kimi aşiqdirlər.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qadın hamilə olar, (hamiləlikdən övladına süd verənə qədər) Allah yolunda cihad edən kimi olar. Əgər (bu müddətdə) dünyadan gedərsə şəhidin əcri ona verilər".

Pia.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qadın hamilə olar, Allah Təala əməl dəftərində o şəxsin savabı kimi savab yazar ki, gündüzləri oruc tutar və gecələri ibadətlə məşğul olar. O zaman ki, doğum sancısı tutar, (Allahdan başqa) heç kəs savab və əcrinin miqdarını bilməz. O zaman ki, övladına süd verər, hər süd yeməyinə görə həsənə yazılar. Günahları pak olar".

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qadın hamilə olar, əcr və savabı o kəs kimi olar ki, mal və canı ilə Allah yolunda cihad edər. Hamiləliyi sona çatanda ona deyilər: "Günahların bağışlanmışdır, yeni həyata başla". Hər dəfə övladına süd verən zaman Həzrət İsmayil (ə) övladlarından azad edilən qulun savabına malik olar".

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qadın hamilə olar, mələklər və balıqlar onun üçün istiğfar edər və Allah Təala (hər gün) ona min həsənə yazar, min günahını məhv edər. O zaman ki, doğum sancısı tutar, Allah Təala əməl dəftərinə cihad edənlərin, şəhidlərin və salehlərin savabını yazar. Günahları yuyular, anadan yenidən doğulduğu gün kimi olar. Allah Təala əməl dəftərinə 70 həccin savabını yazar. Nə zaman övladına süd versə, Allah Təala (südün) hər damcısına görə əməl dəftərinə savab yazar və günahlarını bağışlayar. Huruleyn bu cür qadın üçün istiğfar edərlər".

Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, hamilə olar, (doğana qədər) Allah Təalanın kölgəsi altında olar. O zaman ki, doğum sancısı tutar, mömin qulu azad etməyin savabına malik olar. Övladı dünyaya gələndən sonra ona süd verən zaman Allah Təala Qiyamət günü ona parlayan nur bəxş edər. Bu nurun parıltısı hamını təəccübləndirər. Allah Təala bu qadını gündüzləri oruc tutan və gecələri ibadətlə məşğul olan qadınlardan hesab edər. Əməl dəftərinə bir ömür oruc tutmağın və gecə ibadətinin savabını yazar. O zaman ki, övladına süd verər, Allah Təala ona buyurar: (Ey qadın), keçmiş günahların bağışlandı və həyatına yenidən başla. Allah Təala Öz rəhmətinə şamil etmişdir".

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qadın doğum zamanı dünyadan gedər, övladı göbək bağı ilə onu behiştə tərəf çəkər".

Həzrət Peyğəmbər (s) bəzi qadınlar haqqında buyurur: "Onlar o qadınlardır ki, övladlarına qarşı mehribandırlar və əgər ərləri ilə bağlı çatışmamazlıqları olmasaydı, onlara deyilərdi: "Hesab vermədən behiştə daxil olun!"".

Həzrət (s) başqa yerdə buyurur: "Analar öz övladlarına qarşı mehribanlıq edərlər. Əgər qəflətləri çox olmasaydı, onların bütün namazqılanları behiştə daxil olardı".

Pia.az

 


Etiket: İslam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar