Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslamabadda “Novruz 2021” adlı mərasim keçirilib - Foto

Azərbaycanın milli və mənəvi dəyərləri, eləcə də milli mətbəxi, İslamabadda keçirilmiş "Novruz 2021" adlı mərasimdə Pakistan ictimaiyyəti və xarici ölkələrin diplomatlarına təqdim edilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən APA-ya daxil olan məlumata görə, tədbirə səfirliyin nümayəndələri və Pakistan rəsmilərinin də daxil olub. Bununla da 9 ölkənin Pakistandakı səfirliklərinin təşkilatçılığı ilə “Novruz 2021” adlı mərasim İslamabad şəhərində keçirilib.

Pakistanın birinci xanımı Samina Alvinin ali qonaq qismində təşrif buyurduğu, Pakistanın Xarici işlər katibinin, bu ölkənin ictimai və siyasi xadimlərinin, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların, ictimaiyyətin və media nümayəndələrinin iştirak etdiyi tədbirdə təmsil olunan Azərbaycan Respublikasının Pakistandakı səfirliyi ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təcəssüm etdirən nümunələri təqdim edib. Tədbirdə Azərbaycan həqiqətlərinə dair, Azərbaycanın sosial iqtisadi tərəqqisini, inkişafını özündə əks etdirən müxtəlif əyani materiallar da nümayiş olunub, həmçinin xüsusi mədəni proqram çərçivəsində Yallı rəqsi milli geyimdə olan Səfirlik əməkdaşlarının uşaqları tərəfindən ifa edilərək tamaşaçılara təqdim olunub.

 

www.facebook.com

Learn more

Pakistanın birinci xanımı və digər qonaqlar Azərbaycan Səfirliyinin və digər ölkələrin səfirliklərinin pavilyonlarını ziyarət ediblər.

Tədbiri təşkil edən səfirlikləri təbrik edən Pakistanın birinci xanımı Samina Alvi Novruzun baharın gəlişini və təbiətin yenilənməsini qeyd edən bir şənlik olduğunu, əsrlərdir regionda sülh və həmrəyliyin simvolu kimi xalqları bir araya gətirdiyini, ortaq adət və ənənələr formalaşdırdığını vurğulayıb, Novruzun aşıladığı dəyərlərin qorunmasının önəmini ifadə edib, əlaqədar ölkələrin səfirlikləri tərəfindən nümayiş etdirilən mahnı və rəqslərin, milli yeməklərin onu valeh etdiyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən qonaqların Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən sərgilənən milli mətbəx nümunələrindən dolma, plov, qutab, şəkərbura, paxlava və digər təamlara, həmçinin, Azərbaycanın zəngin tarixini və mədəniyyətini əks etdirən suvenirlərə, Azərbaycanın milli bayramı kimi Novruzun təşəkkülü və qeyd olunmasına dair kitablara, eləcə də Azərbaycanın siyasi və iqtisadi inkişafını və qədim mədəniyyətini təsvir edən nəşrlərə böyük maraq göstərdiyi müşahidə edilib.

Mərasimdə Novruz bayramının əsas atributları, eləcə də yumurta döyüşdürmə yarışı Azərbaycan Səfirliyinin pavilyonuna xüsusi rəngarənglik qatıb, ifa edilən Yallı rəqsi alqışlarla qarşılanıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar