Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyinatı və işdən çıxarılması qaydası müəyyənləşib

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı təsdiqlənib.

"Report" xəbər verir ki, qərarı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası verib.

Qayda “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olaraq hazırlanıb və Azərbaycanda islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi ilə bağlı məsələləri tənzimləyir.

İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimi islam dininə aid fəaliyyətlə peşəkar şəkildə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimlərinin imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri var. İmam islam dininə aid ibadət yerlərinin və ziyarətgahların idarə edilməsi, dindarların dini tələbatının ödənilməsi, dini ayin və mərasimlərə rəhbərlik edilməsi, moizələrin (xütbələrin) oxunması məqsədi ilə təyin olunmuş din xadimidir. İmam müavini islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imamın fəaliyyəti zamanı ona kömək göstərmək, imam müxtəlif səbəblərdən öz fəaliyyətini icra edə bilmədiyi hallarda onu əvəz etməsi məqsədi ilə təyin olunmuş din xadimidir.

Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda azan oxuyan, imam və imam müavini müəyyən səbəblərdən vəzifəsini icra edə bilmədikdə onu əvəz edən din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən dəfn və yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir. Qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin icrasını həyata keçirən şəxsdir. Qadın dini ayinlərin icraçısı imamın tapşırığına əsasən yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir.

Din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər də müəyyənləşib. İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təşkil edir.

Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Komitənin internet saytında yerləşdirilir.

Müsahibə proqramı Komitə sədrinin əmri ilə təsdiq edilir və Komitənin internet saytında yerləşdirilir. Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır:

- Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları;

- Qurani-Kərim;

Hədis;

- Fiqh;

- Əqaid;

- Təfsir;

- Dini xitabət;

- Dil bilikləri;

- İslam tarixi;

- Azərbaycan tarixi;

- Digər dinlər barədə məlumat;

- Ümumi dünyagörüşü.

Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Müsahibə komissiyasını yeddi nəfərdən ibarət tərkibdə, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri daxil edilməklə, Komitə yaradır. Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər:

- namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları);

- bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər;

- ali təhsili olmayan şəxslər.

Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış Komitənin internet saytı vasitəsilə məlumat veriləcək. Müsahibənin nəticəsinə görə ən çox 35 bal toplamaq mümkündür və ən azı 26 bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.

pia.az 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar