Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İslam dəyərləri olduğu kimi” mövzusunda gənclərlə görüş keçirilib - Qaradağda

Qaradağ Gənclər Evində “İslam dəyərləri olduğu kimi” mövzusunda gənclərlə görüş keçirilib...

21 avqust 2019-cu il tarixdə Qaradağ Gənclər Evində “İslam dəyərləri olduğu kimi” mövzusunda gənclərlə görüş keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov, “Sahil” məscidinin imamı Hacı Fazil, həmin məscidin imamının müavini Hacı Məhəmməd, rayon fəalları iştirak edib.

Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açıb. Natiq tədbirin mövzusunun “İslam dəyərləri olduğu kimi” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq İslam dinində elmə, təhsilə, mədəniyyətə verilən qiymətdən, ona ayrılan diqqətdən söz açıb.

Qaradağ rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını qeyd edib. O, bu gün ölkədə 2000-dən çox məscidlə yanaşı xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin fəaliyyət göstərdiyini vurğulayaraq Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında bütün dünyaya nümunə olacaq ölkə olduğunu söyləyib.

Din xadimləri Hacı Fazil və Hacı Məhəmməd islami dəyərlərdən söhbət açmaqla yanaşı qeyd ediblər ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, İslam dinini düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini radikalizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçılar hər iki məfhumun mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğulayıblar. Dövlətin məscidlərə və ümumilikdə din xadimlərinə olan diqqət və qayğısından danışan “Sahil” məscidin imamı dindən istifadə edərək bəzən insanlar arasında, cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla da öz məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrdən danışıb. Natiq çıxışında qeyd edib ki, dini radikalizmə aparan yollardan biri də xurafatdır ki, onunla mübarizə hər bir müsəlmanın, hər bir vətəndaşın borcudur.

Tədbirin sonunda gəncləri maraqlandıran suallarla cavblar verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar