Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslahatları kim sabotaj edir: “Köhnələr” yoxsa müxalifət?

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət kadr və struktur islahatlarının həyata keçiriləyini elan edər-etməz dərhal belə xəbərlər yayılmağa başladı ki, bəzi məmurlar dəyişikliklərin əleyhinədir.

PİA.az bildirir ki, mediada şərti olaraq “köhnələr” adlandırılan bu məmur korpusunun hakimiyyətdə ciddi təsir imkanlarına malik olduğu, ona görə də, nəzərdə tutulan islahatların baş tutmayacağı iddia edilirdi.

Lakin deyilənlərə baxmayaraq, ölkə başçısı İlham Əliyev kadr və struktur islahatlarının həyata keçirilməsi üçün düyməyə basdı. İctimai rəydə “köhnələr” kimi qəbul edilən və islahatların əleyhinə olduğu iddia edilən məmurların bəziləri istefaya göndərildi, bəziləri isə başqa vəzifəyə keçirilməklə onların iqtidarın yürütdüyü siyasətə təsir imkanları minimuma endirildi. Bununla belə, artıq bəziləri “sabiqlər”ə çevrilmiş,bəziləri isə əvvəlki gücünü itirmiş “köhnələr”in müxtəlif vasitələrlə islahatlar kampaniyasını sabotaj etməsi barədə iddialar nəinki səngidi, əksinə, iqtidar düşərgəsindən də oxşar fikirlər səsləndirilməyə başlanıb.

Hətta bəşəriyyəti təhdid edən koronavirus pandemiyası və Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanması da bu mövzunu arxa plana keçirə bilməyib.

Artıq iş o yerə çatıb ki, adı “köhnələr”in təmsilçisi kimi çəkilən Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ittihamlara cavab verməli olub. Söhbət akademikin bu gün mediada tirajlanan fikirlərindən gedir. Ramiz Mehdiyev “əqidə mənim üçün qumar daşı deyil” deməklə Prezident İlham Əliyevə sadiq olduğunu bəyan edib.

Akademikin belə bir açıqlama ilə çıxış etməsi ictimaiyyət üçün gözlənilməz olmayıb. Çünki anti-islahat xəttini tutanlar arasında daha çox Ramiz Mehdiyevin adı hallandırılırdı və əgər əvvəllər bu barədə pıçıltı ilə danışılırdısa, indi ucadan bəyan edilir ki, inkişafın qarşısını alan məhz AMEA prezidentidir.

Bu iddiaların daha çox iqtidara yaxın şəxslər tərəfindən dilə gətirilməsi məsələni ciddiyyətindən xəbər verir və Ramiz Mehdiyev bunun fərqinə vardığı üçün publik formada İlham Əliyevə sədaqətini nümayiş etdirmək qərarına gəlib. Onun bu açıqlamasını difiramb hesab edənlər də var. Amma bizim məqsədimiz akademikin sadiqlik bəyanatında səmimi olub-olmadığını aydınlaşdırmaq deyil.

Ramiz Mehdiyev yalnız özü barədə ittihamlara cavab verməsinə baxmayaraq, sanki bütün “sabiq-köhnələr”in demək istədiklərini dilə gətirib.

İndi həssas dövrdür. Cənubi Qafqaz regionu yenidən geopolitik oyunların meydanına çevrilməkdədir. Hər halda siyasi analitiklər son hadisələri belə dəyərləndirir. Onların fikrincə, Ermənistanın “iyul təxribatı” böyük güclər arasındakı geopolitik rəqabətin təzahürüdür.

Belə bir məqamda islahatların sabotaj edilməsi, “köhnələr”lə müxalifət arasında əlaqə axtarışı təbii ki, ittiham olunan tərəfləri narahat etməyə bilməz. İctimai rəy bu mövzuda yalnız Ramiz Mehdiyevə fokuslaşsa da, “köhnələr” adlandırılan qrupa daxil olan digərləri də şübhəli nəzərlər altındadır.

15 iyulda Bakıda keçirilən orduya dəstək aksiyasında baş verən təxribatla bağlı irəli sürülən mülahizələrdə də onlara eyham edənlər var. Hətta bəzi iddialara görə, bu təxribata görə aparılan həbs əməliyyatları “sabiq-köhnələr”dən də yan keçməyə bilər.

Qısası, “sabiq-köhnələr” indi ciddi narahatlıq içindədir. Bu narahatlığın barələrində səsləndirilən iddiaların əsaslı olmasından, yoxsa uzun illərin xidməti müqabilində yersiz olaraq “xain” damğası qazanmaq qorxusundan irəli gəldiyini zaman göstərəcək.(Yenisabah.az)

pia.az


Etiket: Ramiz Mehdiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar