Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslahatda humanizm - "Yorulmuş atları güllələmirlər"

"Məmləkətin ən anormal məxluqatı qələm əhlidir"... 

Azər Sarıoğlu yazır...

Tanınmış jurnalist Azər Sarıyev şəxsi facebook səhifəsində media,ədəbiyyat və mədəniyyət sahəsində aparılan islahatlara öz movqeyini bildirib.

PİA.az həmin yazını olduğu kimi təqdim edir:

Qəti qənaət hasil oldu ki, məmləkətin ən anormal məxluqatı qələm əhlidir. Ölkədə nə qədər istedadsız, şərəfsiz və savadsız fərasət sahibi var, onların böyük əksəriyyəti mediaya, az qismi ədəbiyyata dürtülüblər. Bütün bu bəlalar ictimai-siyasi, humanitar sahəyə yön verənlərin səriştəsizliyi nəticəsində olub.

FB statuslarımın birində yazmışdım ki, Azərbaycan mətbuatından üç nəfərin - Həsən bəy Zərdabinin, Nəcəf Nəcəfovun və Mehman Əliyevin nikbinliyinə həsəd aparıram. İddiamı hələ də doğru sayıram. Əcəba, hörmətli Mehman Əliyev nə görür, bu məmləkət mediasının təkamüllə düzələcəyinə ümid edir?

Gün ərzində nə qədər malbaş namizəd və onun danaboyun vəkilləri sizi səhifə bəyənməyə dəvət edir, küçədə görəndə, “like” etmədiyimizə görə qınayırlar. Əksəriyyəti də media və ədəbiyyat adamı.

Ölkəni bu günə qoyan oldu. Media ya “bakinskaya natsiya” deyilən meşşanların, ya da mədəniyyətə erotika, şou-biznesə porno, siyasətə və ictimai həyata mədəni tövlə kimi baxan, elmə mal nobatı kimi yanaşan kəndlilərin meydanına çevrildi. Hələ də elədir.
Media sahəsində ümidverici dəyişiklik baş verir. Ədəbi prosesdə isə könüllülərə və əzabkeşlərə hələ də ehtiyac duyulur. Ona görə də islahatların davamına ciddi ehtiyac var. İslahatçılar isə çox humanist görünür. Yuxarılar humanizm nümayiş etdirərək işəyaramaz “yorulmuş atları güllələmək”istəmir, “atlar” da ki, tumarı görüb hələ də yük çəkə biləcəklərini güman edir.

pia.az


Etiket: Azər Sarıyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"ABŞ pandemiya ilə qisas alır" — Azər Sarıoğlu yazır

İslahatda humanizm - "Yorulmuş atları güllələmirlər"

“İŞİD terrorundan İran mühafizəkarları qazandı”

Ən çox oxunanalar