Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşıq və qaz limiti ilə bağlı təklif

“İnsanların ev şəraitində daha çox qalması onların işiq və qazdan da daha çox istifadəsinə gətirib çıxarır. Beləliklə, limiti keçən ailələrin sayı artacaq. Belə ailələr işıq və qazın xərclərini ikiqat ödəməli olurlar. Bu isə onsuz da durumu pisləşən ailələrin gəlirlərinin xeyli hissəsini işıq və qaza sərf etməsinə gətirib çıxarır”...

PİA.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında millət vəkili Əli Məsimli işıq və qaz limitinin bu müddət üçün aradan qaldırılması təklifindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə ailələrin xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində işıq və qaz limitinin ya tam, ya da nəzərəçarpan dərəcədə qaldırılması zəruridir:

“Artıq epidemiya halından çıxaraq pandemiya miqyasına yüksəlmiş “COVID-19” virusunun təsir dairəsinin genişlənməsi insanların həyat və sağlamlıqlarına real təhdidə çevrilməklə yanaşı, bu xəstəliyin doğurduğu təsirlər həm iqtisadi müstəvidə, həm də insanların gündəlik yaşam tərzində, eləcə də onların maddi vəziyyətində mənfi təsirini aydın şəkildə biruzə verməkdədir. Ona görə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı sistemli tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlərin biznes strukturlarına və əhaliyə mənfi təsirini minimuma endirmək və mümkün sahələrdə isə tamammilə aradan qaldırmaqdan ötrü tədbirlər kompleksi hazırlanır. Həmin tədbirlər kompleksində insanların işdən çıxarılma hallarına yol verilməməsi, koronavirus təhlüksi sovuşana və insanlar normal fəaliyyət rejimində çalışmağa başlayanaqədərki dövrdə banklara borcu olanların əsas və faiz borclarını, eləcə də gecikmələrə görə pensiya, cərimə və s. dayandırılmasını, vergi güzəştlərini, eləcə də kommunal xidmətlərə görə xərclərin ödənilməsində güzəştləri zəruri hesab edirik.

Seçicilərlə görüş zamanı qaldırılan məsələr arasında işıq və qaz limitinin aradan qaldırılması məsələsi xüsusi yer tuturdu. Hesab edirik ki, Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiqi bu məsələnin aktuallığını daha da artırıb”.

pia.az


Etiket: işıq qaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar