Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in məhv edə bilmədiyi İraqı neft qiymətləri çökdürür..

Neftin ucuzlaşması İraqa koronavirusdan, ya da İŞİD-dən daha çox təsir edəcək...

Patrick Cockburn

“The Independent” qəzeti, 12 may 2020-ci il

Təhdidin bu qədər ciddi olmasının səbəbi ölkədə 38 milyon insanın 40 illik böhrandan və müharibədən hələ yeni çıxmasıdır.

Kim olduqları bilinməyən və tamamilə təchiz edilmiş İŞİD döyüşçülərinin İraq hökumətinə sadiq hərbçilərin əlində olan Şimali İraq düzənliyindəki bir polis bölməsinə hücum edərkən izlənilib.

İkinci qrupdan olan 4 nəfər yol kənarına yerləşdirilən bombalara görə həyatını itirib. Xilafətin məhv edilməsinə və keçən il Ebubekir Bağdadinin öldürülməsinə baxmayaraq, İŞİD hələ də qorxulan bir qüvvə olduğunu göstərmək üçün uğurlu hərbi əməliyyatları internetdə ustalıqla yaya bilir.

İŞİD öz gücünün zirvəsində ikən həyata keçirdiyi dəhşətli qəddarlıqlar təşkilatın səfərbər olduğunu göstərən hər əlamətin daxildə və xaricdə qorxu dalğası yaratmasını təmin edir. Ancaq İŞİD-in son aylarda İraqda və Suriyada həyata keçirdiyi qısamüddətli partizan hərəkatlarının sayı artsa da, onların təsiri şişirdilir. Bu hücumlar, İŞİD-in İraqın qərbi və Suriyanın şərqinin böyük bir qismi ilə birlikdə 2014-cü ildə Mosulu ələ keçirməsinə qədərki illərdə baş verənlərlə müqayisədə bu hücumlar olduqca məhduddur. Bu dəfə İŞİD-in özünü canlandırması o qədər də mümkün görünmür.

Görünür, çökmüş səhiyyə sistemi və milyonlarla potensial qurban nəticəsində koronavirus İraq üçün daha bir böyük təhlükə yaradır. İraqla Covid-19-un yayıldığı İran arasında uzun bir sərhəd var. Bəlkə də, bu yalnız vaxt məsələsidir və pandemiya hələ də İraqı məhv edə bilər. Lakin indiyə qədər bu, qeyri-müəyyən səbəblərə görə hələ reallaşmayıb və bunun baş verməməsinə ciddi komendant saatı da nümunə göstərilə bilər.

İraqla bağlı əsas təhdid olaraq, İŞİD və koronavirusa yönəlmək, digər Yaxın Şərq neft ixracatçılarında olduğu kimi, diqqəti ölkənin üzləşdiyi daha böyük təhlükədən yayındırır. Sözügedən təhlükə İraqda çox ciddidir, çünki ölkədə 38 milyon insan 40 illik böhrandan və müharibədən hələ yeni çıxa bilib.

İraqlılar hələ də bölünmüş vəziyyətdədirlər və bu insanlar ABŞ-la İranın müharibə meydanına çevirdiyi bir ölkədə yaşamağa məhkum olublar. Üstəlik, bütün bunlar hələ keçmişdə qalmayıb. ABŞ bu ilin yanvar ayında Bağdad Hava limanında iranlı general Qasım Süleymaniyə sui-qəsd etmiş və İranla müharibə həddinə gəlib çatmışdı.

İraq üçün problem sadədir, lakin həlli yoxdur: Koronavirusun iqtisadiyyat üzərindəki olan sarsıdıcı təsiri neft qiymətlərinin düşməsinə səbəb olduqdan sonra ölkənin neft gəlirləri sürətlə azalarkən, büdcə də tükənir. İraq dövlət gəlirlərinin 90%-ni xam neft ixracından qazanır, ancaq aprel ayında cəmi 1,4 milyard dollar qazana bilib. Halbuki maaşları, pensiyaları və digər dövlət xərclərini ödəmək üçün 5 milyard dollara ehtiyac duyurdu.

Hazırda İraq dövləti 4,5 milyon işçiyə və 4 milyon digər təqaüdçüyə ödəniş edə bilmir. Bu, İŞİD-lə müharibə və ya mümkün Covid-19 böhranı ilə müqayisədə daha həyəcan verici bir xəbərə bənzəməsə də, bu vəziyyət İraqda sabitliyi daha çox poza bilər.

İraq prezidentinin keçmiş xüsusi nümayəndəsi və şərhçi Kamran Qaradaği deyir: “Hökumət bu ayın pensiyalarını hələ ödəməyib, ancaq bir neçə gündən sonra ödəyəcəyini vəd edib”. Yəni İraq hökümətinin nəğd pulu yoxdur.

Bağdadda dövlət maaşından 20% və ya 30% kəsəcəyi barədə şayiələr yayılıb. Mövcud fəlakəti borc alaraq və resursları istehlak edərək aradan qaldırmaq olar, ancaq bu addımların itirilmiş neft gəlirlərini nə qədər müddət ərzində əvəz edə biləcəyi məlum deyil.

İraqda və Yaxın Şərqdəki digər neft ixracatçıları təcriddən və görünməmiş iqtisadi xaosdan əziyyət çəkən bir dünyanı beynəlxalq səviyyədə başa düşə bilməyəcəklər. Gələcək İraq üçün xüsusilə ağır ola bilər, amma digər neft istehsal edən dövlətlər də oxşar təzyiq altındadırlar. Əslində, 1970-ci illərin birinci yarısında yüksək neft qiymətləri ilə başlayan varlı neft ölkələri dövrü sona çata bilər.

Problem ondadır ki, neft ixracatına olan inam iqtisadi fəaliyyətin digər formalarını da əvəz edir: hər kəs dövlət üçün çalışmaq istəyir, çünki ən yaxşı iş yerləri oradadır. Özəl müəssisələr pul qazanmaq üçün korlanmış bir dövlətin parazitinə çevriliblər. Hər şey idxal olunur və heç bir şey yerli olaraq istehsal edilmir. Korrupsiya elitası isə, sərvət və güc toplamaqda davam edir.

İraqı uzun müddət Səddam Hüseynin rəqibi olmuş və indi dəhşətli maliyyə problemləri ilə mübarizə aparmalı olan keçmiş kəşfiyyat rəisi Mustafa Kazıminin başçılıq etdiyi yeni bir hökumətə sahib olub. İraqın keçmiş naziri bir neçə il əvvəl mənə demişdi ki, İraq Nazirlər Kabinetinin əsl qorxusu İŞİD-in Bağdada hücum etməsi deyil, neftin qiymətinin kəskin şəkildə düşməsidir. İstehsalçıların nöqteyi-nəzərinə görə, bu dəfə qiymətin düşməsi hər zamankından daha mənfi haldır və qiymətlər aprel ayındakı ən aşağı göstəriciyə nisbətən yüksəlmiş olsa da, tam bərpa olmaq şansı çox azdır.

Ötən ilin oktyabr ayında Bağdadda başlayan etirazlarda nümayişçilərin əsas tələbələri korrupsiyanın sonlanması, iş yerlərinin açılması və elektrik, su kimi xidmətlərlə bağlı idi. O vaxt ən azı 700 etirazçı öldürülmüş və 15000 nəfər yaralanmışdı. Həmin dövrdə xalq iqtisadi sistemdən ədalətli bir pay aldığına inanmırdı və o sistem indi kiçilməyə davam edir.

Talan elitalarına qarşı bənzər bir nifrət də Anqoladan Səudiyyə Ərəbistanına qədər zəngin ölkələrdə hiss olunur, lakin mövcud sistemdən faydalananlar təkcə bu elitalar (ailə, təriqət, etnik mənsubiyyət, siyasi partiya və s.) deyillər. Nazirliklər fərqli maraqlar üçün əsas gəlir mənbəyinə çevriliblər. Etirazların yenidən başlanması çox vaxt aparmayacaq.

Bəzilərinin xəyal etdiyi kimi İraq üçün əsas təhlükə İŞİD deyil və gənc əhalinin koronavirusa qarşı müdafiəsi ola bilər. Amma pandemiya neft qiymətlərinin düşməsinə səbəb olduğu üçün Yaxın Şərqdə yeni problemlər meydana çıxacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar