Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad olunan Hadrut ermənilər üçün hansı əhəmiyyət kəsb edirdi?

Hadrutun işğaldan azad olunması bizim ordumuz üçün hansı perespektivlər yaradır?.

Hərbi ekspert: “Ermənistan Hadrutda mərkəzləşdirilmiş mövqe yaratmışdı”.

“Hadrut rayonunun çox strateji əhəmiyyəti var. Çünki Hadrut bir tərəfdən Şuşa, bir tərəfdən Xankəndi, bir tərəfdən Laçın və Xoçavənd şəhəri ilə sərhəddir”.

Bu sözləri hərbi ekspert Azad İsazadə işğaldan azad edilmiş Hadrut rayonunun strateji əhəmiyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi oktyabrın 9-da prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsini və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib.

Düşmən isə Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında imzalanan humanitar atəşkəsə baxmayaraq Hadrut rayonunun geri almaq üçün bütün imkanlarını səfərbər edib. Hətta düşmən bu itkisini etiraf etməkdən belə qorxur.

Qeyd edək ki, erməni mənbələr və ermənipərəst rus informasiya resursları ermıni cəmiyyətini aldatmaq üçün feyk məlumatlar dərc edirlər.

Hadrutun strateji əhəmiyyəti ilə bağlı nə demək olar? Hadrut ermənilər üçün habsı əhəmiyyət kəsb edir və bizim ordumuz üçün hansı perespektivlər yaradır?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “Ordumuz iki istiqamətdən - Ağdərə və Hadrutdan dağlıq ərazilərə girə bilib. Bu da ermənilər üçün böyük təhlükədir”.

Azərbaycan orudusunun aran zonadan dağlıq ərazilərə qalxdığını vurğulayan hərbi ekspert PİA.az-a açıqlamasında bildirib ki, ordumuz bir az da qabağa gedib mövqelərini bərkitsə, bütün Dağlıq Qarabağ zonası bizim ordunun atəş nəzarəti altında olacaq:

“Əvvəla etiraf edək ki, atəşkəs işləmir və atəşkəsi yaddan çıxaraq. Növbəti atəşkəsin olması üçün isə yenidən danışıqlar aparılmalıdır.

Hadrut rayonunun çox strateji əhəmiyyəti var. Çünki Hadrut bir tərəfdən Şuşa, bir tərəfdən Xankəndi, bir tərəfdən Laçın və Xoçavənd şəhəri ilə sərhəddir. Hadrutdan Şuşaya və Xankəndinə hava yolu ilə çox az məsafə qalır. Qeyd edim ki, oralar dağlıq ərazilərdir və hücum etmək çətindir. Amma bizim əsgərlər bu çox strateji əhəmiyyətli ərazini ələ keçirə bilib. Bundan sonra arteriyamız və mövqelərimiz rayonlarımızın işğaldan azad olunması üçün daha əlverişli yerlərdə yerləşəcək.

Azad İsazadə: “Sovet ordusu Araz çayı boyu əraziləri saxlaya bilmək üçün Hadrutun yüksəkliklərində müdafiə sistemi qurmuşdu”.

Hələ Sovet vaxtında Sovet-İran sərhəddi ilə paralel Hadrut da mərkəzləşdirilmiş rayon formalaşdırılmışdı. Hadrut rayonun dağlıq yerlərdə yerləşdiyi üçün İranın Sovetə hücum ehtimalına qarşı əsas müdafiə istehkamları Hadrutda yaratmışdı. Sovet ordusu Araz çayı boyu əraziləri saxlaya bilmək üçün Hadrutun yüksəkliklərində müdafiə sistemi qurmuşdu.

Ermənistan da Hadrutda mərkəzləşdirilmiş müdafiə mövqeyi yaratmışdı. Azərbaycan ordusu həmin mövqeni yarıb keçib. Yəni ordumuz Dağlıq Qarabağın dağlıq tərəfinə irəliləyib. İndi isə ordumuz iki istiqamətdən - Ağdərə və Hadrutdan dağlıq ərazilərə girə bilib. Bu da ermənilər üçün böyük təhlükədir.

Azərbaycan orudusu aran zonadan dağlıq ərazilərə qalxıb. Ordumuz bir az da qabağa gedib mövqelərini bərkitsə, sözsüz ki, bütün Dağlıq Qarabağ zonası bizim ordumuzun atəş nəzarəti altında olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar