Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad olunan ərazilərə qayıdış nə zaman başlayacaq?

“Böyük qayıdış prosesi yenidənqurma işləri və vəsait baxımından zaman tələb edir. İlk olaraq həmin ərazilərə dəyən zərərin həcmi müəyyənləşdirilməlidir”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, sonrakı proses işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin edilməsidir: “Sonra kommunal xidmətlərin təşkil edilməsi, eləcə də evlərin inşası həyata keçirilməlidir. Odur ki, yalnız bundan sonra böyük qayıdış barədə nəsə demək olar”.

Sədr müavini eyni zamanda işğaldan azad edilən ərazilərə qayıdıb-qayıtmamaqla bağlı məcburi köçkünlər arasında keçiriləcək sorğuya da aydınlıq gətirib: “Son 25-30 il ərzində məcburi köçkünlər və qaçqınlar arasında həm beynəlxalq təşkilatlar, həm QHT-lər, həm də müxtəlif xarici beynəlxalq təsisatlar, özəl şirkətlər, bu yaxınlarda isə Sosial Təhqiqatlar Mərkəzi tərəfindən belə sorğular aparılıb. Bu sorğuların yekdil nəticəsinə əsasən deyə bilərik ki, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq niyyətindədirlər. Ölkə Prezidentinin qərarının məqsədi məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçirilməsidir. Bununla bağlı artıq tapşırıqlar verilib. Dövlət Komitəsi olaraq sorğunun anketinə daxil olacaq suallar üzərində işləyirik. Bu sorğu böyük sosioloji tədqiqatın predmetidir. Əsas məqsəd bir tərəfdən məcburi köçkün soydaşlarımızın niyyətini öyrənməkdirsə, digər məqsəd işğaldan azad olunmuş hər bir məntəqə üzrə məcburi köçkünlər üçün sosial iqtisadi profil yaratmaqdır”.

pia.az 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar