Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İşğal olunmuş ərazilər əvəzinə 5 milyard dollar... – İrəvanın gizli sənədi ortaya çıxdı

Ermənistanda “Milli Demokratik Təşəbbüs Qrupu” işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması haqqında sənədin mövcud olub-olmaması ilə bağlı hökumətə müraciət ünvanlayıb.

PİA.az xəbər verir ki, “Sasna srer” partiyasının rəhbəri Jirayr Sefilyan və digər ictimai-siyasi şəxslərin təmsil olunduğu qrupun müraciətində bildirilir:

“Son günlər mediada 2016-cı ilə aid məlumatlar yayılır. Bildirilir ki, 2016-cı ilin 16 iyun tarixində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk qrupunun həmsədrlərinə rəsmi sənəd təqdim edib.

Sənəddə iki mühüm məsələ yer alır: birincisi, Laçın dəhlizi istisna olmaqla, Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır; ikincisi, hərbi qüvvələrini bu ərazilərdən çıxaracağı halda Ermənistan 5 milyard dollar yardım ayrılmalıdır.

Bu məsələni aydınlaşdırmaq üçün suallara cavab verilməsini tələb edirik:

Yuxarıdakı məlumatlar doğrudurmu?

Doğrudursa, sənəd niyə hələ də gizli saxlanılır?

Bu sənədin müəlliflərinin müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunması üçün indiyə qədər hansı addımlar atılıb?

“Aprel müharibəsi”ni araşdıran komissiyanın əlində sənəd varmı, varsa, hesabat tərtib edərkən belə bir sənədin mövcudluğu və məzmunu nəzərə alınıbmı?

Bu suallara ən qısa müddətdə cavab verməyi və mövcuddursa, sənədi dərc etməyi tələb edirik”.

Müraciət Ermənistanın baş nazirə, parlament sədrinə, xarici işlər nazirinə və “Aprel müharibəsi”ni araşdıran parlament komissiyasına ünvanlanıb.(Publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar