Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə məktub ünvanlayıb

ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

PİA.az-ın xəbərinə görə, məktubda deyilir:

Dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Bölgədəki müharibənin dayandırılması ilə bağlı xəbərləri sevinclə qarşıladıq. Azərbaycan ilə Ermənistan arasında əldə edilən və imzalanan razılaşma ölkələriniz arasındakı hərbi əməliyyatlara faktiki olaraq son qoydu. Bu nəticə beynəlxalq səviyyədə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dünyada əlamətdar hadisə kimi qeyd olunur.

Azərbaycan hökuməti və xalqı bu Qələbəni Sizin uzun sürən münaqişəyə davamlı həll yolu tapmaq və dünyanın bu mühüm bölgəsindəki vəziyyəti normallaşdırmaq üçün nümayiş etdirdiyiniz qətiyyət və müdrik rəhbərliyiniz sayəsində qazandı.

ISESCO bu layiqli qələbəni Azərbaycan Respublikası ilə birlikdə qeyd edir və qarşıdakı illərdə təşkilatın imkanları daxilində ölkənizin rifah və tərəqqi istiqamətində bütün səylərini dəstəkləməyə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Yaşasın Azərbaycan Respublikası!” 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar