Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən çıxarılan müəllimlər etiraz aksiyası keçirir - Direktoru qoruyan kimdir?

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin işdən çıxarılan müəllimləri Milli Məclis qarşısında aksiya keçiriblər.

Bakupost.az xəbər verir ki, 20-yə yaxın müəllimi Milli Məclisin qəbul şöbəsində qəbul ediblər. Onların problemləri dinlənilib.

Bildirlib ki, müəllimlərə qarşı qeyri-etik ifadələri ilə tanınan kollecin direktoru Nərmin Qaralovanın hələ də o vəzifəni icra etməsi təəssüf doğurur. Müəllimlərə söz verilib ki, problemlə bağlı aidiyyəti orqanlar məlumatlandırılacaq.
İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən müəllimlər Milli Məclisdən sonra Təhsil Nazirliyinə yollanıblar.

Qeyd edək ki, bir neçə aydır ki, Humanitar Kollecində gərginlik davam edir. Kollecin direktoru Nərmin Qaralova 67 müəllimi işdən uzaqlaşdırıb. Onlara müddətli müqaviləyə imza çəkməyi tələb edib. Buna etiraz edən müəllimlər tədris prosesindən uzaqlaşdırılırılıb. Sonradan müxtəlif üsullarla, təzyiq vasitələrilə bəzi müəllimlər direktorun tələblərini yerinə yetirib. Qalan əksər müəllimlər isə hələ də qeyr-müəyyənlik içərisindədirlər. Onların adları işdə getsə də, kollecə buraxılmır, dərs saatları isə demək ola ki, boş keçir. İşdən əmrlə çıxarılan iki müəllim isə məhkəməyə müraciət edərək, əmri ləğv etdiriblər. Amma məhkəmə qərarının olmasına baxmayarq, həmin müəllimlər hələ də dərsə buraxılmır.

Uzun illər bu təhsil müəssisəsində çalışan müəllimlər bütün aidiyyəti qurumlara müraciətlər ediblər. Onlar direktorun qanunsuz əməlləri ilə bağlı təkzibedilməz faktlar irəli sürüblər. Lakin bunların heç biri nəzərə alınmayıb.

Özünü Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın yaxın adamı kimi təqdim edən Nərmin Qaralovanın bu əməllərinə heç bir hüquqi qiymət verilmir.

Bu ilin fevral müəllimlərlə ədəbsiz danışması ilə, tələbəyə “şam tutan” deməsilə gündəmə gələn, bununla da Azərbaycanın bütün təhsil sistemini biabır edən bir şəxsin heç nədən çəkinmədən, heç bir qanun tanınmadan, Əmək Məcəlləsinin müvafiq bəndlərini kobudcasına bozaraq onlarla müəllimi işsiz qoyması çox ciddi bir sual yaradır: bir direktorun bu qədər özbaşınalığına göz yumulması nəylə əlaqədardır? Doğrudanmı onun arxasında elə bir güc dayanır ki, ölkənin bu həsas dönəmində, bu qədər ziyalını işsiz qoyur? Özü də qanunsuz, özü də onlara maddi və mənəvi ziyan vuraraq, onları əskildərək, onlara psixoloji terror edərək, ən nalayiq ifadələr işlədərək...

Sabiq Baş Prokurorun qohumu olan Nərmin Qaralovaya bu səlahiyyətləri kim verib, görəsən?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar