Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa Qəmbərin vaxtında pul verib mitinqə aparırdılar” - Əfran İsmayılov

"Keşlə"nin futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb...

PİA.az qol.az-a istinadən xəbər verir ki, o, bu görüşdə istəklərinə çatdıqlarını bildirib.

- Bilirdik ki, oyun gərgin keçəcək. "Qəbələ" hazırda ən yaxşı formada olan komandalardan biridir. Məşqçi dəyişikliyindən sonra daha yaxşı təsir bağışlayırlar. Biz də son görüşlərdə xallar itirmişdik. Ona görə də qarşımıza məqsəd qoymuşduq ki, bu oyundan mütləq 3 xalla ayrılmalıyıq. Şükürlər olsun ki, istəyimizə çatdıq.

- İkinci hissədə nə baş verdi? Komanda fasilədən sonra meydana arxayın çıxdı, yoxsa "Qəbələ"nin qolu sizə mənfi təsir göstərdi?

- Mən də kənardan baxırdım və qəribə gəldi. "Qəbələ" hesabı bərabərləşdirib, hətta, önə də keçə bilərdi. Bəxt amili də bir az bizim tərəfimizdə oldu. Ola bilər bir qədər geri çəkildik, ya da arxayınlaşdıq, bu da az qala nəticəyə təsir edəcəkdi. Sona yaxın yenə də yaxşı oynadıq və qol vurmaq imkanlarımız da oldu. Əsas odur ki, 3 xal qazandıq.

- Hazırda "Keşlə" 2-ci yerə yüksəlib. Amma sabah "Sumqayıt" - "Neftçi" oyunu var. Komandanız turu 2-ci yerdə başa vura biləcək?

- "Sumqayıt" da hazırda yaxşı təsir bağışlayır. Ayxan Abbasov orada yaxşı kollektiv yaratmağa çalışır. Mən də onunla işləmişəm bir müddət. İnanıram ki, rəqibi yaxşı təhlil edib, "Neftçi"dən xal almağı bacaracaqlar. Əsas olan odur ki, biz 3 xalımızı qazandıq. İndi həmin oyunu fikirləşmirik. Oturub, rahat sabahkı görüşə baxacağıq.

- Ötən həftə mitinqlə bağlı paylaşımın sosial şəbəkələrdə kifayət qədər müzakirə olundu. Buna münasibətini bilmək maraqlı olardı .

O məsələ barədə çox danışmaq istəmirəm (gülür). Amma məni niyə qınayırlar? Mən dövlətin tərəfində olan adamam. Mən beləyəm. Mən danmıram ki, başqa cürəm, fakt beləyəm. İstəyirlər qəbul etsinlər, istəyirlər etməsinlər. Onların fikirlərinə hörmətlə yanaşıram. Demirəm ki, onlar çıxıb nəsə etməsinlər. Nə istəyirlər, eləsinlər. Ancaq mən də buyam. Bu da mənim fikrimdir. Kim çıxır, kim çıxmır, mənə maraqlı deyil. Özləri bilərlər. Mənim dinim, şəriətim belə deyir. Sonra məni qınayırlar ki, Əfran belə deyir, belə yaşayır. Vallah, mən 15 il yataqxanada yaşamışam. 20 kvadrat metrdə 5 nəfər qalırdıq. Onda da oturub ağlayardım da. Şikayət eləsəm, onlardan çox edərəm. "Mitinq", "mitinq" deyirlər. O mitinqə mən də getmişəm. Necə getmişəm? İsa Qəmbərin vaxtında gəlib bizim məhəllədə pul verirdilər, yığıb aparırdılar. Elə şey var ki, adam çox danışmaq istəmir. O tərəfi qoyuram bir kənara, amma mən fakt bu biri tərəfdəyəm. İstəmirəm ki, sabitlik, mehribanlıq pozulsun. İstəmirəm ölkəmiz Suriyanın vəziyyətinə düşsün. Bir bomba düşsə, hamı pulu-imkanı qoyacaq kənara, canını düşünəcək. Sakit, rahat oturmuşuqsa, şükür etməliyik.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar