Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbərdən Zərdüşt Əlizadəyə sərt sözlər – “Yalan danışmağa…”

Siyasətçinin yalan danışmağa ixtiyarı yoxdu

Siyasətçinin bildiyi hər şeyi deməməyə ixtiyarı var, amma siyasətçinin yalan danışmağa ixtiyarı yoxdu. Mən səhv edə bilərəm, amma heç vaxt şüurlu şəkildə yalan danışmıram. Təbii, həyat müəyyən bəyaz yalanlara məcbur eləyə bilər, ancaq mənim yalana nifrətim var. Və nəsə yazacağamsa, həqiqətləri yazmalıyam. Ən azı, bildiyim həqiqətləri və ya həqiqət hesab elədiklərimi. Bu isə o deməkdi ki, bu gün də həyatda olan yüzlərlə insan haqqında – onların səhvləri, zəiflikləri, xəyanət demək istəmirəm, ancaq Azərbaycana dəhşətli ziyan vurmuş addımları vəs. barədə bildiyim, düşündüyüm nə varsa, hamısını yazmalıyam. Onda da gündəm dəyişəcək, insanlar tamam başqa mövzulara istiqamətlənəcəklər”.

Bunu “azlogos”a müsahibəsində Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bildirib. O, nə vaxt memuar yazacağı ilə bağlı sualı cavablandırarkən belə deyib.

İ.Qəmbər bildirib ki, standart bir şey yazmaq istəmir: “Bir az özümü, bir az mənə yaxın adamları tərifləyim, müəyyən məsələlərin üstündən keçim… Yazsam, müasir tariximizi kifayət qədər bilməyənlər üçün aydınlaşdıracaq, bilənlərin yadına salacaq müəyyən həqiqətləri yazmaq istəyirəm”.

Siyasi xadim suala cavabında Zərdüşt Əlizadənin də ünvanına bəzi ittihamlar səsləndirib. İ.Qəmbər deyib ki, Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmir: “Zərdüşt Əlizadə kimi yalan yazmaq istəmirəm. O, ömrü boyu yazdığı, danışdığı yalanları bir yerə toplayıb kitab halına saldı. İndi də gənclər bizə deyirlər ki, Zərdüşt Əlizadə yazdı, siz niyə yazmırsınız? O, yalan yazıb, axı?! Onun yazdıqları öz komplekslərinin, ilk növbədə natamamlıq kompleksinin nəticəsidi. Mən elə bir şey yazmaq istəmirəm. Həqiqətləri də yazanda aləm bir-birinə dəyəcək”.

Sabiq başqan memuar yazmamağının da səbəbini izah edib: “Məni narahat eləyən kimisə incitmək deyil, əsas mövzuların dəyişməsidi. Mən insanların bu günə və gələcəyə baxmasını istəyirəm. Çalışıram ki, bütün yazılarımda insanları gələcəyə yönləndirəm, ümidlərini, özlərinə, bir-birilərinə və millətə inamlarını artıram. İkincisi isə memuar janrını o qədər də sevmirəm, mənə süni təsir bağışlayır. Həm bizimkilərə, həm də avropalılara, amerikalıları məxsus çox memuar oxumuşam. Adamlar özlərini təmizə çıxartmağa çalışırlar. Oxuyanda adama elə gəlir ki, bu adam dahi imiş, həmişə dürüst, haqlı olub. Adətən də, soruşanda ki, sənin heç bir qüsurun, səhvin olmayıb, yaxud da özləri öz qüsurlarından yazanda ən böyük qüsur kimi insanlara inanmaqlarını göstərirlər.

Yəni memuar mənə özünü tərifləmək, özünə bəraət qazandırmaq, insanları özünün həmişə haqlı olduğuna inandırmaq, hadisələri öz bildiyi kimi şərh eləmək cəhdi kimi görünür. Çox nadir memuarlar var – ki, daha çox avropalılara aiddi – müəlliflər öz nöqsanlarından daha səmimi, daha rahat şəkildə danışırlar. Məsələn, mən səksəninci illərin ortalarından Azərbaycanda gedən ictimai proseslərin bu və ya digər şəkildə iştirakçısıyam, bir az da, mərkəzindəyəm. Dediyim kimi, mən yazsam, həmin dövr təzədən müzakirə olunmağa başlayacaq. Mənsə istəyirəm ki, cəmiyyətimiz diqqətini gələcəyə yönəltsin”.

Xatırladaq ki, Z.Əlizadə yazdığı memuarda keçmiş AXC və Müsavat hakimiyyəti dövründəki siyasətçilərin ünvanına bir sıra ittihamlar səsləndirib.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar