Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa Qəmbər, Əli Kərimli başsağlığı verdilər, ancaq Etibar Məmmədov...”  

Mərhum pilotun qayınatası danışdı

“Həmin ərəfədə bütün müxalifətin pilotun dəfn mərasiminə gəlməməsi ilə bağlı dediklərim yanlış anlaşıldı. Halbuki, müxalifət nümayəndələri yas mərasiminə qatılmışdı. Sadəcə olaraq, həmin vaxtlar başım yasa qarışmışdı. Kimlərinsə haqqımda nə dediklərini eşitməmişdim”.

Demokrat.az bildirir ki, bu fikirləri Modern.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin yas mərasimindən danışarkən deyib.

Qabil Hüseynli yas mərasiminə qatılan müxalifət nümayəndələrinin adlarını da qeyd edib:

“Müxalifət nümayəndələrindən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və digər partiyalardan da yas mərasiminə qatılmışdılar”.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli də bildiyim qədərilə başsağlığı verib. Ancaq AMİP-in lideri Etibar Məmmədovun başsağlığı verdiyini xatırlamıram. Sadəcə bəzi şəxslərin pilotun yas mərasimini siyasiləşdirməsi ilə bağlı məlumat daxil olmuşdu. Ümumiyyətlə, yas mərasiminə kim istəsə, qatıla bilər. Bu məsələdə yasaqdan söhbət gedə bilməz”- deyə Qabil Hüseynli əlavə edib.

Qeyd edək ki, bəzi mətbuat səhifələrində yayılan məlumatlara görə, politoloq Qabil Hüseynli pilot Rəşad Atakişiyevin dəfn və yas mərasimində iştirak etməməsi üçün müxalifətə çağırış edib. Bu səbəbdən o, sosial şəbəkələrdə çoxsaylı tənqidlərə məruz qalıb.

Xatırladaq ki. Qabil Hüseynli vaxtilə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. Sonralar AMİP-də və Müsavat Partiyasında təmsil olunub. Hazırda bitərəfdir.


Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar