Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Məlikov: “Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu” 

“Biz Ukraynaya 12 bal vermək istədiyimiz halda, israrla həmin səsi Britaniyaya vermək tələb olundu”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib.

Onun sözlərinə görə, bu barədə final gecəsi dərhal təşkilati quruma məktub ünvanlanıb. Məktubda Azərbaycan münsiflər heyətinin verdiyi səsin nəzərə alınmaması barədə açıqlama tələb olunub: “Biz final gecəsi artıq səsimizin nəzərə alınmadığını gördük və təşkilatçılara müraciət məktubu ünvanladıq. Həmçinin, bu gün də sözügedən hadisə ilə bağlı növbəti etiraz məktubunu Avropa Yayım Birliyinə ünvanladıq. Yəqin ki, iki günə rəsmi cavab gələr”.

İsa Məlikov Azərbaycanın bundan sonrakı addımlarına da toxunub: “Düşünürəm ki, Azərbaycanın bundan sonra verəcəyi qərar gələn cavabdan asılır. Həm növbəti illərdə iştirak baxımından, həm də ki, ümumiyyətlə, bu hadisəyə qiymət baxımından”.

Qeyd edək ki, 14 may tarixində baş tutan final gecəsində Azərbaycan və bir sıra ölkənin "Avroviziya"dakı münsif səsi qeydə alınmayıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar