Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Həbibbəyli və İbrahim Quliyev "vurulub"? - AMEA-dan açıqlama

Azərbaycan Milli Elmlər Akademiyası aparılan islahatlar, o cümlədən iki birinci vitse-prezident postlarından birinin ixtisar edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

AMEA-nın bəyanatında bildirilir ki, bəzi KİV-lərdə AMEA-nın iki birinci vitse-prezidenti postlarından birinin ixtisar edilməsi guya akademik İsa Həbibbəylinin və akademik İbrahim Quliyevin vəzifədən uzaqlaşdırlması, “vurulması” kimi şərh olunub. Lakin atılan addım ancaq və ancaq idarəetmənin təkmilləşdirilməsinə və sadələşdirilməsinə xidmət edir:

"AMEA-da iki birinci vitse-prezidentin olması müəyyən çaşqınlıq yaratdığından və koordinasiya prosesində çətinliyə səbəb olduğundan belə bir qərarın qəbuluna zərurət yaranmışdır. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, həm İsa Həbibbəyli, həm də İbrahim Quliyev AMEA-nın vitse-prezidentləri və Rəyasət Heyətinin üzvləri qismində öz fəaliyyətlərini davam etdirməkdədirlər. Xatırladaq ki, AMEA-da əvvəllər də yalnız bir birinci vitse-prezident postu olub və bu ənənənin bərpası optimallaşma baxımından daha məqsədəuyğundur".

Bəyanatda qeyd edilir ki, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və onun müavini akademik Cavad Abdinov işində yol verdikləri nöqsanlara görə işdən azad ediliblər. Lakin aparılmış yoxlama, bəzi şəxslərin şərh etdikləri kimi, qətiyyən akademiklər Nazim Məmmədov və Cavad Abdinovun alim kimi bilik və bacarıqlarının təftişi, qiymətləndirilməsi məqsədinə xidmət etməyib. Hər iki alimin öz sahələrinin peşəkarı olduqları, elm ictimaiyyəti tərəfindən ciddi mütəxəssislər kimi qəbul edildikləri danılmaz həqiqətdir:

"Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmayıb. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir. Yoxlamanı aparan qurumlar istintaq orqanı, Rəyasət Heyəti isə məhkəmə hakimiyyətinin təmsilçisi olmadığından işdən azad edilmiş həmkarlarımızın az qala cinayətkar kimi təqdim olunması yolverilməzdir".(Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar