Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş adamı keçmiş naziri məhkəməyə verdi - Qalmaqal davam edir

Lombard fəaliyyəti ilə məşğul olan “Məlahət” MMC keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Fizuli Ələkbərov və bir neçə dövlət qurumunu qeyri-yaşayış sahəsi ilə bağlı məhkəməyə verib...

Ələkbərov Fizulu Həsən oğlu, “İmproteks Treydinq” MMC, Bakı Şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh kimi tanındığı məhkəmə prosesi Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, keçmiş nazirlə Məlahət Qurbanova arasında artıq 1 ildən artıqdır ki, məhkəmə çəkişməsi davam edir. Belə ki, ötən il keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Fizuli Ələkbərov qaldırdığı iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edib.

İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsi tanınıb.

Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarət olub. Bakı şəhər Səbail rayon Məhkəməsində iddia hakim Mədinə Bağırovanın icraatına verilib.

İddiaçının ərizəsinə əsasən iddianın təmin etmə tədbiri tətbiq edilib və torpaq sahəsindən cavabdehin istismarı qabağan edilib. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verib.

Bakı Apellyasiya Məhkəməsində qərardaddan verilən şikayətə hakim Fuad Babayevin sədrliyi ilə 18 iyun 2019-cu il tarixində baxılıb və qüvvədə qalıb.

Cavabdeh şirkətin rəhbəri Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır.

Mandatını girov qoyub borc götürən deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun da "Lombard Məlahət”ə külli miqdarda borcu var.(dia.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar