Bazar, 01 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“İrşad Electronics” döyüşən və səfərbər olan müştərilərin kreditlərini dondurdu

Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Qarabağ uğrunda döyüşlərdə iştirak edən hərbçilərin ailələrinə dəstək olmaq naminə müxtəlif tədbirlər reallaşdırmağa davam edir.

Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərimizin kredit ödənişlərini dondurdu. Qələbəyə yaxınlaşdığımız hər addımda döyüşçülərimizin gözü arxada qalmasın deyə, şirkət dəstək üçün mütəmadi addımlar atır.

Xatırladaq ki, ötən gün ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb. Şirkət qələbə uğrunda gedən döyüşlərdə orduya qoşulan öz əməkdaşları da daxil olmaqla bütün hərbçilərə sağ-salamat, şad xəbərlə qayıtmalarını arzulayır.

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad Electronics” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Hazırda şirkətin Azərbaycanda 33 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 22-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyanın Putinə yalvarışıba cavab gəldi - Rusiya XİN-dən açıqlama

ATƏT-in Minsk Qrupu Cenevrə danışıqları ilə bağlı məlumat yayıb

Rusiyalı hərbi ekspert: “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...”

Ruslar “Laçın dəhliziİ”nin qarşısında niyə yerləşiblər?

Azərbaycan ordusu Qafanda döyüşür? – Nazirlikdən açıqlama

"Ordumuzun Şuşa qalasına, Laçın dəhlizinə nəzarət etməsi yaxın zamanın məsələsidir" - Qubad İbadoğlu

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb

Putinin Qarabağla bağlı son mesajlarının pərdəarxası

İlqar Məmmədov: “Petrosyanı Moskvada sayan olmayacaq”

"Bunu da başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan

Türk PUA-larının atası: Bayraqdar haqqında maraqlı faktlar - Fotolar

loading...

Ən çox oxunanalar