Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“İron İnşaat” MMC dövlətə olan yarım milyon borcunu niyə ödəmir? – Müəmma

Azərbaycanda fəaliyyət göstərən bəzi tikinti şirkətlərinin dövlətə olan vergi borcu günü-gündən artmaqdadır.

Qlobal.az xəbər verir ki, dövlətə külli miqdarda vergi borcu olan tikinti şirkətlərindən biri də “İron İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Paytaxtda hündür mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “İron İnşaat” MMC-nin hazırda 533.764 manat vergi borcu var.

Bir neçə il öncə Nərimanov rayon N.Yusifbəyli küçəsində tikinti işləri aparan “İron İnşaat” MMC sakinlərin mülklərini ucuz almaqda ittiham olunurdu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə mediaya verdiyi açıqlamada vətəndaşların ən çox şikayət etdiyi tikinti şirkətlərinin adlarını açıqlayarkən “İron İnşaat” MMC-nin də adını vurğulamışdı.

Qeyd edək ki, “İron İnşaat” MMC 2013-cü ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Puşkin Əhmədovdur.

Şirkətin külli miqdarda borcunun hansı səbəbə yarandığı bilinmir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" - Paşinyan

Ən çox oxunanalar