Cümə, 22 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İri taksi şirkətləri yerli şirkətləri bazardan necə çıxarır?

İnkişaf etmiş texnologiyalar və yüksək rəqabətlilik gücü ilə bazara girən şirkətlərin bu sahədə daha çox pay alması normaldır.

Lakin iri şirkətlərin müştəri dostu layihələri ilə bu payı daha da genişləndirməsi kiçik yerli taksi xidməti şirkətlərinin fəaliyyətində çətinliklər yaradır və onların dövriyyəsini azaldır.

PİA.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, son nəticədə bu, müəyyən qədər etirazlara səbəb olur:

“Bu, təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə müzakirə edilən məsələlərdən biridir. Amma düşünürəm ki, məsələyə hansa asptektdən yanaşılması vacibdir.

Bakıda kütləvi sərnişindaşıma xidmətlərində təəssüf ki, yüksək standartlara nail ola bilməmişik. Belə vəziyyətdə əlbəttə ki, daha keyfiyyətli, sürətli və eyni zamanda daha optimal qiymətlərlə taksi xidmətinin təklif edilməsi müştərilərin maraqlarına uyğundur. Say baxımından da müqayisə aparsaq, müştəri təbii ki, taksi sayının üstün olduğu şirkətlərə müraciət edəcək”.

Ekspert bildirib ki, burada diqqət edilməli əsas məqamlardan biri ənənəvi taksi xidmətinin mərhələli şəkildə sıradan çıxmasıdır:

“Ənənəvi taksi xidmətində müştəri hansısa uzaq ünvana aparılırdı və çox zaman da sürücü geriyə müştərisiz qayıdırdı. Bu, həm daha çox xərc aparırdı, həm də lazımsız tıxaca düşürdün və s. Amma yeni yanaşmada hərəkətdə olduğunuz hər kilometrin bir dəyəri var.


İstənilən halda bu, daha müasir xidmətdir. Məsələyə inhisarçılıq aspektindən yanaşsaq, qanunvericiliyə uyğun olaraq şirkətin bazardakı payı 30 faizdən yuxarı olarsa, o inhisarçılıqda ittiham oluna bilər.

Düşünürəm ki, bazarda hələ belə bir şirkət yoxdur. Yerli şirkətlərin bu istiqamətdə rəqabət qabiliyyətini artırması daha məqsədəuyğun olardı. Bunun üçün də daha keyfiyyətli və daha operativ rəqəmsal həllər təklif etməlidirlər”.

R.Həsənov onu da bildirib ki, bazarda ədalətsiz rəqabət mühiti formalaşanda, bu, birbaşa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarət predmetinə çevrilir.

Kartel sövdələşmələri, qiymətlərin maya dəyərindən aşağı endirilməsi və bazar iştirakçılarının sıradan çıxarılması cəhdi və s. bu qurumun nəzarət etməli olduğu məsələlərdir. Belə hallar olanda, müəyyən sanksiyalar və cəzalar tətbiq edilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Putin Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına münasibət bildirib

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Əli İnsanovun partiyası qeydiyyata alındı - Foto

Bakının mərkəzində dəhşətli mənzərə - Narkomanlar yuvası aşkarlandı - Video

Azərbaycanlı milyonçu xəzinəsini harada gizlədib? – 2 min saat, on milyonlarla…

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Ən çox oxunanalar