Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan xanlığının varisi: "Saxtalaşdırılan tariximizin bərpası üçün çox çalışmalıyıq"

Bu tarix milli mədəniyyətimizin əhəmiyyətli bir hissəsidir və bu irs hər kəs tərəfindən öyrənilməlidir...

 

Xatıqladaq ki, Sərdar İrəvani Tehranda doğulub və uşaqlıq dövrü bu şəhərdə keçib. Lakin sonra Almaniyaya üz tutub, atası isə 2014-cü ildə Tehranda vəfat edib.

İrəvan xanlığının varisi Əmir Əli Sərdar İrəvani Teleqraf.com-a maraqlı müsahibə verib.

Əmir Əli Sərdar İrəvani ilə müsahibəni PİA.az oxucularına da təqdim edirik:

– Cənab Sərdar İrəvani, əvvəlcə oxuculara özünüz barədə məlumat verməyinizi rica edirəm. Harada doğulmusunuz, təhsil almısınız, ixtisasınız nədir, hansı ölkədə yaşayırsınız?

– 1974-cü ildə Tehranda anadan olmuşam. 1805-ci ildə əcdadlarım Fətəli Şah Qacar tərəfindən sürgünə göndərilib və onlar XIX əsrdə Tehranın ilk sakinlərindən olub. Çünki o zamanlar Tehran Qacarlar dövlətinin paytaxtı olaraq, yeni elan edilmişdi və bundan əvvəl elə də əhəmiyyətli yer deyildi.

Ulu babalarımın 1852-ci ilə qədər İrəvanla güclü əlaqələri vardı. Amma bu dövrdən sonra onlar Azərbaycandan siyasi cəhətdən təcrid olundular, çünki Qacar şah onların gücündən və təsirindən narahat idi. Şah onları Azərbaycandan ayırmaq üçün əlindən gələni etdi. Buna görə də 1855-ci ildən sonra əcdadlarımızın bir qolu Azərbaycandan uzaqda qaldı.

İndi köklərimlə yenidən əlaqə qurmağa çalışıram. Bu, mənim üçün vacibdir. Azərbaycandakı bacı-qardaşlarımın tarixinə hörmət edir və bununla maraqlanıram. Özüm elektrik mühəndisiyəm və 17 yaşımdan Almaniyada yaşayıram. Avtomobil sənayəsində, yeni nəsil ağllı elektrik vasitələrinin, məsələn, avtomatlaşdırılmış sürücüsüz maşınların tədqiqatı və inkişafı istiqamətində çalışıram. Həyat yoldaşımla 1996-cı ildə İranda ailə qurmuşuq, ixtisasca həkimdir. 2006-cı il təvəllüdlü qızım isə Almaniyada doğulub. Hazırda 7-ci sinifdə oxuyur. Qızımla həyat yoldaşım mənim ailəmin tarixini çox sevir və məni çox dəstəkləyirlər.

– Şəcərəniz barədə də məlumat verməyinizi istərdik…

– İrəvan xanlığının ilk yerli xanları mənim əcdadlarım idi. İrəvan xanı Həsənəli xan (1755-1759), onun qardaşı İrəvanlı Hüseynəli xan (1759-1783), onun oğlu İrəvanlı Qulam Əli xan (1783-1884) idi. Onun qardaşı İrəvanlı Məhəmməd xan (1784-1805), onun oğlu Məhəmməd Həsən xan Sərdar İrəvani Kirmanın valisi idi, 1855-ci ildə vəfat edib. Eləcə də onun oğlu Yəzdin valisi Məhəmməd Yusif xan Sərtip. Onun oğlu “Müşir Hozur” ləqəbli Əhməd xan Sərdari İrəvani 1929-cu ildə vəfat edib, onun oğlu Əbdülqasım xan Sərdari İrəvani. Onun oğlu, mənim atam Bəhmən xan Sərdari İrəvani idi. Atam 86 yaşında 2014-cü ildə Tehranda dünyasını dəyişib.

– Qacarlarla qohumsunuz, hazırda Qacarlar sülaləsinin varisləri ilə münasibətiniz varmı?

– Mənim üçün ən böyük prioritet mehriban və təvazökar dostlarla və yeni şeylər öyrənə biləcəyim insanlarla ünsiyyətdə olmaqdır. Belə dostlarla ünsiyyətdən zövq alıram. Mənim Qacar sülaləsindən olan nümayəndələrlə də əlaqəm var. İrəvan xanlarının övladları ilə Qacar hökmdarları arasında baş tutan çoxsaylı çarpaz evliliklər səbəbindən onların nəsilləri qohumdurlar. Mən onlarla tariximiz haqqında məlumat mübadiləsi aparıram.

– “İrəvan” sözünün mənası ilə bağlı da iddialar var. Osmanlı qaynaqlarında “Rəvan” olaraq keçir. Siz atalarınızdan bununla bağlı eşitmisinizmi?

– Dediyiniz kimi, bu barədə fərqli hekayələr var. Mənim üçün ən etibarlısı Şah İsmayıl Səfəvinin generalı olan Rəvanqulu xanın adından qaynaqlanır. İlk dəfə XVI əsrin əvvəllərində şəhərin hazırkı yerində İrəvan qalasını inşa edib. Atamdan eşitdiyim İrəvan xanlığının şairi olan Mirzə Müslüm İrəvaninin bir şeiridir: “Dünya şəhərləri insan bədəninin bütöv bir orqanizmi kimi görünsəydi, İrəvan bu orqanizmin ruhu (Rəvan: Ruh) olardı”.

– İrəvan xanlığının işğalından sonra ərazinin idarəçiliyi kimlərin əlinə keçdi? 1918-ci ilə qədər Çar hökuməti bölgəni kimlərə tapşırıb?

– İrəvanın sonuncu, əslən İrəvanlı xanı olan Məhəmməd xan Fətəli Şah Qacar tərəfindən həbs edilərək 1805-ci ildə Tehrana sürgün edilir və 1805-ci ildə Qacar xan sonuncu İrəvan xanı Hüseynqulu xanı xan təyin etdi. Hüseynqulu xan İrəvandan yox, Qəzvindən idi. O, Qacar xanın əmrlərini yerinə yetirirdi. Bəzi islahatlar həyta keçirsə də, onun siyasəti böyük itkilərə səbəb oldu və nəticədə 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə tam məğlubiyyətə uğradı. İrəvan və Naxçıvan Rusiyaya birləşdirildi. Bir neçə il ərzində İrəvan və Naxçıvan “Erməni vilayəti” adlanan inzibati bir vahid təşkil edirdi. 1850-ci ildə isə vilayət quberniyaya çevrildi, İrəvan hələ də əhəmiyyətli ticarət mərkəzi hesab olunurdu.

Rusiya İrəvanın inkişafından, xüsusilə də Osmanlı imperiyası və İranla sərhədləri yaxınlığındakı strateji mövqeyindən narahat idi və buna görə də tacirləri Cənubi Qafqazda olan digər marşrutlardan istifadə etməyə təşviq etdi. Bu, XIX əsrin sonlarında İrəvanda iqtisadi itkilərə səbəb oldu. Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya qonşu ölkələrdə olan erməniləri İrəvana kütləvi miqrasiya etməyə başladı, lakin XIX əsrin sonunadək İrəvan və Naxçıvanda əsas etnik əhali hələ də azərbaycanlı müsəlmanlar olaraq qalırdı. Birinci Dünya müharibəsindən sonra – 1918-ci ildə mayın 29-u Azərbaycan Milli Şurasının qərarına əsasən, Qafqazda üç müstəqil – Azərbaycan, Gürcüstan və Ermənistan dövlətləri yaradıldıqdan sonra, İrəvan ermənilərə paytaxt şəhəri olmaqla güzəştə gedildi. Birinci Dünya müharibəsindən sonra İrəvanın yenidən qurulmasına 1924-cü ildən etibarən başlanılıb, lakin əslində bu, orada dini-tarixi izləri silməyə xidmət edib. İrəvan şəhər tarixi muzeyi Göy Məsciddə yerləşirdi, lakin bütün digər abidələr yer üzündən silinib.

– Maraqlanmısınızmı, hazırda İrəvan xanlığından, Sərdar sarayından qalan yadigarlar harada saxlanılır? İddialara görə, Gürcüstan arxivində Sərdar sarayına aid materiallar var. Onları görmüsünüzmü?

– Saray inşaatının sabit olmadığı, illərlə ehtiyac olan texniki baxımın həyata keçirilmədiyi və durumun təhlükəli olduğu müəyyənləşdirildikdə materialların çoxu Tiflisə aparılır. Onların həmin vaxtlarda nə üçün Bakıya gətirilmədiyi məndə sual doğurur, amma həmin materialların sarayın özü kimi məhv edilmədiyinə görə çox sevinirəm. Bir neçə il əvvəl Heydər Əliyev Fondu Tiflis muzeyinin zirzəmisində həmin materialları tapdı və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə onların qorunmasına başlanıldı. Keçən il həmin materiallar Heydər Əliyev Mərkəzində ictimaiyyətə nümayiş olundu. Keçən yay bu dəyərli sərgini ziyarət etmək mənim üçün böyük şans idi. Həmin sərgi bu il aprelə qədər davam etdi, mən ikinci dəfə sərgidə iştirak etmək istəyirdim. Təəssüf ki, ziyarətim koronavirus böhranı səbəbindən ləğv edildi.

– Bilirsiniz ki, İrəvan xanlığının yadigarı Göy məscidin tarixi saxtalaşdırılır. İran dövləti təmirə pul ayırdığı üçün fars mədəniyyətinə aid edirlər. Buna münasibətiniz necədir?

– İrəvandakı Göy məscidin banisi ulu babam İrəvanlı Hüseynəli xandır və məscidin inşası İrəvan xanlığının müstəqil dövlət olduğu bir vaxtda – 1768-ci ildə başa çatdırılıb. Hüseynəli xan əslən İrəvanlı idi. Məscidi inşa edənin adı, tikilmə tarixi və xərclər bani Hüseynəli xan adına sənədləşdirilib. Oğlu Məhəmməd xan 1805-ci ildə Fətəli şah Qacar tərəfindən tutulub sürgünə göndərildikdən sonra Qəzvindən olan Hüseynqulu xan Fətəli şah Qacar tərəfindən İrəvan xanı təyin edildi. 1827-ci ildə İrəvanın süqutu, İrəvan xanlığı hakimiyyətinin Tehrandan olan Qacarların hakimiyyətinə keçməsindən sonra baş verdi. Göy məscidin fars məscidi hesab olunmasının səbəbi də budur. Bu məscidin memarlıq dizaynının İrandakı digər məscidlərdən tamamilə fərqli olmadığına görə yanlış qəbul olunmamalıdır, məscidi tikən və ziyarətçilər azərbaycanlı etnik qrupa mənsub İrəvanın müsəlmanları idi.

– İrəvan xanlığı dövründə sosial və mədəni həyat hansı səviyyədə idi? Məktəblər, kitabxanalar yetərli idimi?

– İrəvan İran, Rusiya və Osmanlı imperiyaları arasında çox strateji bir geosiyasi əhəmiyyətə malik idi. Ticarət mərkəzi olmaqla yanaşı, həm də çox önəmli hərbi mövqeyi ilə seçilirdi. Avropaya və ya Şərqə səyahət edərkən, görkəmli sənətkarların və elm adamlarının keçdiyi bir bölgə idi. İrəvanda məscidlər, məktəblər, karvansaralar, bağlar inşa edilmişdi. Qırxbulaqdan şəhərə su kanalları çəkilmişdi, İrəvan bağlar diyarına çevrilmişdi. Memarlığın şah əsəri olan Xan Sarayı və ya Sərdar Sarayı İrəvanlı Hüseynəli xan tərəfindən 1760-1770-ci illərdə bərpa olunub. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Şüşəbənd kimi tanınan Güzgülü Zalı və Yay Sarayını inşa edib. Hüseynəli xan və oğlu Məhəmməd xanın hakimiyyəti dövründə İrəvan xanlığı ən çiçəklənən dövrünü yaşayıb. Ticarət yolları təhlükəsiz idi və iqtisadiyyat inkişaf edirdi. Müxtəlif dövrlərdə İrəvanda olmuş avropalı səyyahlar Xan Sarayı və onun Güzgülü Zalını, qala və şəhərdəki məscidləri, hovuzları və hamamları, həmçinin Zəngi çayına enən yeraltı mərmər pilləkən yolunu öz yazılarında təsvir ediblər. Hüseynəli xan və oğlu Məhəmməd xan İrəvanın həqiqi siyasətçiləri idi. İrəvan xanlığının siyasi həyatı həmişə qonşu güclərin təhdidi altında idi. Bu vəziyyət hər iki xanı üçüncü hakimiyyətə məcbur etdi ki, bununla siyasi müstəqillik qorunub saxlanıla bilərdi. Onlar İrəvan xanlığını təxminən 50 il müstəqil və təhlükəsiz bir dövlət kimi idarə etməyi bacardılar.

Birinci Dünya müharibəsindən əvvəl İrəvan xanlığının abidələri olan 8 məscid (Təpəbaşı, Zal xan, Sərtib xan, Göy Məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, (Hacı Cəfər) var idi. Həmin məscidlər o dövrdə əsas təhsil mərkəzi idi. Hətta müasir tədris sistemi (Azərbaycan və fars dilləri) olan ilk müasir məktəb XIX əsrdə İrəvanda Mirzə Həsən Rüşdi tərəfindən başladıldı. Bu o deməkdir ki, İrəvan mədəni cəhətdən inkişaf edib, İrəvan əhalisi isə intellektual cəhətdən digər bölgələrə nisbətən daha yüksək səviyyədə idi. Bundan bir neçə il sonra İranQafqazın digər yerlərində qurulmuş ilk müasir məktəblər həmin İrəvan modeli üzərində yaradılıb.

– Ötən il Azərbaycanda səfərdə oldunuz, təəssüratlarınız nədən ibarətdir?

– Bir neçə ildir azərbaycanlı dostlarımla əlaqəm var, keçən il bu əlaqələr daha da irəlilədi. Bakıda Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə keçirilən İrəvan Sərdar sarayının sərgisi və Azərbaycana səfərim mənim üçün xüsusi hadisə oldu. Özümü sanki İrəvanda hiss elədim. Bu tarixə hörmət bəsləyən bir çox dostuma baş çəkdim.

Düşünürəm ki, bu tarix milli mədəniyyətimizin əhəmiyyətli bir hissəsidir və bu irs hər kəs tərəfindən öyrənilməlidir. Təəssüflər olsun ki, bir çox hallarda haqsızlıqlara məruz qalan və saxtalaşdırılan tariximizin bu hissəsinin bərpası üçün hələ çox çalışmalıyıq. Əminəm ki, millətimizin öz tarixi, şanlı keçmişi ilə qürurlanmasına nail olacağıq. Bu istiqamətdə daha çox təşəbbüs və inkişaf gözləyirəm, dəstəkləmək üçün isə əlimdən gələni edəcəyəm.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar