Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqlı deputat: "Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik"

“Biz İraq türkmənləri olaraq azərbaycanlı qardaşlarımızın haqlı davasını dəstəkləyirik”.

Bunu açıqlamasında Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən millət vəkili Aydın Maruf deyib.

Onun sözlərinə görə, Ermənistan artıq 30 ildir Azərbaycanın sülh çağırışlarına məhəl qoymadan dünyanın gözü qarşısında cinayət işləməyə davam edir: "Bu illər ərzində Ermənistan işğalçılıq siyasətindən bir addım belə geri addım atmadı. Onların sərhəd bölgəsində mülkü əhaliyə qarşı törətdikləri cinayət insanlığa və beynəlxalq hüquqa tamamilə ziddir. Xüsusilə son vaxtlarda Ermənistan tərəfindən Azərbaycana qarşı mütəmadi olaraq davam edən təxribatlar bölgədə sülhü, insan haqlarını və beynəlxalq hüququn pozulması deməkdir. Heç bir səbəb bundan sonra Azərbaycanı dayandıra bilməz. Bu gün güclü Azərbaycan dövləti və ordusu var. O, sadəcə irəli gedib öz torpaqlarını işğaldan azad etməlidir”.

A.Maruf bütün türkmənlərin Azərbaycanın yanında olduğunu, xoş xəbərləri həyəcanla gözlədiyini vurğulayıb: “Gözəl xəbərlər alırıq. Ürəyimiz Azərbaycan əsgərinin qəlbi ilə döyünür. Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır! Azərbaycanda şəhid olan hər bir əsgər bizim övladımızdır. Ərbildən türkmənlər adından azərbaycanlı qardaşlarımıza səslənirik və deyirik ki, möhkəm olun, ürəyimiz sizinlədir! Qələbə bizim olacaq!"(report)

pia.az


Etiket: Aydın Maruf


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar