Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqın qanlı meydanları: Xalq istədiyini almaqda israrlıdır...

İranı İraqdan çıxarmaq xalq üçün çox baha başa gələcək. Tökülən qanların əvəzi ağır olacaq, lakin artıq geri dönüş də yoxdur...

Cibril Ubeydi

“The Independent” qəzeti, 11 dekabr 2019-cu il

İran hegemoniyası məzhəbçi sistemi və qənimət prinsipinə görə rəhbərliyi bölüşmək, açıq bir siyasi mövqenin çatışmazlığı, maliyyə sahəsindəki qanunsuzluq, işsizliyin yayılması kimi məsələlər İraq meydanlarında İran hegemoniyasına və İran rejiminə olan asılılığın sona çatmasını tələb edən xalq etirazlarına səbəb olub.

İraq xalqının meydanlarda İranın ölkələrindən çıxmasını tələb etməsi nəticəsində nümayişçilər 7 dəfə hücuma məruz qalıb və meydanlar müdafiəsiz aksiyaçıların qanına boyanıb.

Hökumətin cinayətkarları tanımaqda və onlara çatmaqda uğursuz olması da şübhəli bir vəziyyətdir. Çünki boş mərmi qalıqları onu göstərir ki, bunlar İranda istehsal edilib.

Hər nə qədər 25 nəfərin öldüyü və 130 nəfərin yaralandığı əl-Hillani qətliamı çox yeni olsa da, İraqda axan qanın mənbəyi Bağdadın mərkəzindəki əl-Hillani meydanı deyil.

Ali rütbəli bir İraq əsgəri bildirib ki, bu qətliamda İraq təhlükəsizlik qüvvələri ilə İrana bağlı olan milis qüvvələri arasında ortaqlıq olduğundan şübhələnir.

Əl-Hillani meydanındakı o qanlı gündə elektrik enerjisi kəsilən kimi İraq Hizbullahının milisləri etirazçılara atəş açıb.

Digər tərəfdən, milis qüvvələrinin və partiyaların keçirdikləri nümayişlər isə heç hücum edilmir və həmin anlarda heç elektrik enerjisi kəsilmirdi.

Sədr qrupunun lideri Müktəda əs-Sədr: “Təhlükəsizlik qüvvələri nümayişçilərin qatillərini ortaya çıxarmasa, deməli onların cinayətinə ortaq olurlar”, dedikdən sonra onun da əl-Hananə bölgəsindəki evinə və iqamətgahına silahlı və pilotsuz raketlə hücum edilib.

İraq meydanında axan qandan sonra mütləq cinayətkarların tutulması üçün Təhlükəsizlik Şurası və Beynəlxalq Cəza Məhkəməsi vasitəsilə beynəlxalq səviyyədə hərəkətə keçmək lazımdır.

Avropa Birliyinin İraqdakı səfiri Martin Hat və Kanadanın İraqdakı səfiri Olrik Şennon kimi qərbli səfirlərin tvitləri ilə bu qanı kəsmək mümkün deyil.

İraq meydanlarındakı qan gölünə qarşı İngiltərə, Fransa və Almaniyanın İraq hökumətindən nümayişləri qoruması, öldürülən nümayişçilərin qatillərinin tutulması, heç bir silahlı qrupa dövlət nəzarətindən kənarda fəaliyyət göstərməyə icazə verilməməsini tələb etsə də, bütün bu cəhdlər faydasızdır. 

İraq meydanlarındakı etirazlar ya da Oktyabr inqilabı, 1 oktyabr 2019-cu il tarixində Bağdad və cənubi İraq meydanlarındakı aksiyalar zəif iqtisadiyyat, qanunsuzluq və işsizliyə qarşı ortaya çıxan hərəkatlardır. Sonradan bu hərəkatlar məzhəbçi sistemin ortadan qaldırılması tələbi və ölkədəki idarəçilik sisteminin bölüşdürülməsi formasının rədd edilməsi nəticəsində daha da genişlənib.

İraq meydanlarında axan qanla yanaşı, Bağdad və İraqın cənubunda iraqlı aktivistləri və sivilləri hədəf alan qaçırılma hadisələri də törədilib. Etiraz aksiyalarında aktivistlərə sui-qəsd edən nömrəsiz maşınlar, jurnalistlərə və müxbirlərə qarşı edilən təzyiqlər qeydə alınıb. Beynəlxalq Əhv Təşkilatı bildirib ki, nümayişçilər snayperçilər tərəfindən hədəfə alınıb.

Bütün bunlar azad fərdlərin törədəcəyi hadisələr deyil. Əksinə, bütün bunlar bu məsələdə təcrübəli olan kəşfiyyat servislərinin işinə bənzəyir. Bu da daha çox Bəsic qüvvələri və İran İnqilab Keşikçilərinin profilinə uyğun gəlir.

Beynəlxalq Əhv Təşkilatı İraq hökumətindən zorakılığın dayandırılmasını tələb etsə də, bir qarşılıq ala bilməyib. İraqda yeniliyin və Paul Bremerin məzhəbçi sistemindən xilas olmağın bədəli İraq meydanlarındakı insanların həyatıdır.

İraq meydanlarında səsləndirilən və hökumətə üsyan edən mahnılara İran tərəfdarları güllə ataraq qarşılıq verirlər.

Hökumət deyir ki, bu mərmilərin hardan gəldiyi məlum deyil. Lakin İrandan və məzhəbçilikdən qurtulmuş İraq üçün və meydanlardakı aksiyalarda iştirak edən bütün iraqlılar üçün bu mərmilərin qaynağı naməlum deyil. Nümayişlərdəki dəhşətli vəziyyətə baxmayaraq, İraqın bu iradəsinin geri dönüşü yoxdur.

İranı İraqdan çıxarmaq iraqlılara baha başa gələcək. Tökülən qanlara baxmayaraq, artıq geri dönüş yoxdur. İraq xalqına rejimi devirmək şüarlarının bir cinayət olduğu deyilsə də, xalq son sözünü, yəni rejimi devirmək istədiyini deyib. Hökumətin devrilməsindən və Adil Əbdülmehdinin istefasından sonra belə İraq xalqı hələ də qanunsuz rejimin devrilməsini tələb edir və bu, reallaşana qədər üsyana davam edəcəklər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar