Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqın boz kardinalının ikiüzlü siyasəti: Müqtəda əs-Sədr yolun sonuna çatır?..

İraqın şiə lideri Müqtəda əs-Sədr meydanları dolduran nümayişçilər tərəfindən “qatil” adlandırılıb və ona qarşı şüarlar səsləndirilib...

Mehmet Yavuz

“Məcra” qəzeti, Türkiyə 10 mart 2020-ci il

1 oktyabr 2019-cu ildə İraqda başlayan hökumət əleyhinə etirazlar, daha sonra 3 yanvar 2020-ci ildə ABŞ hava hücumunda Qüds Qüvvələri Baş Komandanı Qasım Süleymani və İran tərəfdarı, Həşdi Şəbi təşkilatının rəhbərinin müavini Əbu Mehdi Əl Mühəndisin öldürülməsi İraqdakı siyasi aktyorları proseslər qarşısında yeni bir mövqe tutmağa sövq edib.

Sədr Hərəkatının məşhur lideri və İraqdakı dəyişkən siyasətləri ilə tanınan Müqtəda əs-Sədr də həmişəki kimi hadisələr və dəyişkən durumlar qarşısında daim yeni bir mövqe tutaraq İraq siyasətini müəyyənləşdirən oyunçulardan biri olmağı hədəfləyir.

Son zamanlar isə Sədrlə nümayişçilər arasında qarşıdurma və gərginlik böyüməkdədir. Buna səbəb prezident Bərham Salehin 1 fevralda sabiq Rabitə naziri Məhəmməd Tofiq Əlləviyə hökumət qurmaq səlahiyyətini verməsini (2 martda geri çəkildi) Sədrin dəstəkləməsi, sonra da etirazlara son verilməsini tələb etməsi oldu. Sədrin ikibaşlı siyasəti nəticəsində Sədrlə etirazçıların arası soyumağa başlayıb.

Son zamanlar isə etirazçıları qorumaq üçün təyin olunan “mavi papaqlılar”ın daha sonra etirazı yatırmaq üçün zorakılıq etməsi küçələrdəki insanların Sədrə qarşı olan qəzəbini daha da artırıb. İnsanların həyatını itirdiyi bu hadisələrindən sonra Sədr “mavi papaqlılar” adlı qrupu ləğv edib və etirazların davam etməsi ilə bağlı açıqlama verib. Hər nə qədər etirazçıların yanlarında olduğunu desə də, oktyabr ayından bu yana küçələri dolduran etirazçıların dəyişkən davranan Sədrə qarşı dəstəyinin və inamının azaldığı düşünülür.

Daha çox gənclərin yer aldığı və islahatdan çox, İraqın struktur problemlərinin əsas mənbəyi olan 2003-cü ildən sonrakı nizamı məhv etməyi hədəfləyən etirazçılarla küçələrdən illərdir hökumətə qarşı bir zərbə kimi istifadə edən Sədr indi bir yolayrıcındadır? Küçələrdəki nüfuzunun və populyarlığının azalması Sədrin İraq siyasətindəki gələcəyinə necə təsir edəcək?

Sədrin ikili siyasəti

Sədr 1999-cu ildə atası Ayətullah Məhaəmməd Sadiq əs-Sədrin və iki qardaşının öldürülməsindən sonra ölkənin dini və siyasi həyatında önəmli şəxslərdən birinə çevrilib. Siyasi və dini fəaliyyəti Səddam dövrünə qədər uzanan Sədr Hərəkatı 2003-cü ildə ABŞ-ın işğalına qarşı çıxmış və “Mehdi Ordusu”nu qurmuşdu.

Ölkədə artan ABŞİran təsirinə qarşı İraq kimliyini müdafiə edən Sədrin başçılıq etdiyi “Mehdi Ordusu” sünnilər və şiələr arasında başlayan məzhəb yönümlü qarşıdurmaların birində iraqçılığı vurğulamadan sünnilərə qarşı mübarizəyə başlayıb. “Mehdi Ordusu” ölüm qrupları yaratmaqla minlərlə sünnini qaçırmaqda, işgəncə verməkdə və öldürməkdə ittiham olunur. ABŞ qüvvələrinin “Mehdi Ordusu”na qarşı əməliyyatlarının artması nəticəsində ölkədə təsirinin artacağından qorxduğu başqa bir aktyor isə İrandan dəstək alan Sədrdir. O, 2008-ci ildə “Mehdi Ordusu”nu ləğv edərək İranın Qum şəhərinə köçüb.

Sədr Hərəkatı 2010-cu il seçkilərində 325 yerlik parlamentə 70 deputat verərək üçüncü olan, böyük bir məzhəb əsaslı şiə blokundan ibarət olan İraq Milli Alyansının ən böyük tərkib hissələrindən biri idi. Ancaq məzhəb siyasətini aparmaqda günahlandırılan şiə baş naziri Nuri əl-Malikinin ikinci dəfə seçilməsi ilə Sədr fərqli təbəqələrə qarşı daha mülayim bir siyasət yürütməyə başlamış və sünni cəmiyyəti ilə münasibətlərini düzəltməyə çalışmışdı. Seçkilər nəticəsində parlamentin güclü bir qanadını təşkil edən Sədr İraqda baş verən anti-hökumət və islahat əleyhinə etirazları dəstəkləyərək küçələrdəki gücünü artırıb və İraq siyasətində özünəməxsus yer tutub.

2015-ci ildə Sədr iqtidar sinfinə təzyiq vasitəsi olaraq islahat tələb edən etirazlardan istifadə edərək İraq siyasətindəki mövqeyini möhkəmləndirməyə çalışıb. Bir tərəfdən iqtidar və rəhbər sinfində bir söz sahibi olan Sədrin digər tərəfdən islahat tələb edən müxalifləri dəstəkləməsi onu 2018-ci il seçkilərində İraq siyasətinin mərkəzinə daşımışdı. Sədrin Sairun Koalisiyası 54 deputat verərək seçkilərdə birinci yer tutmuş və hökumət tərəfdaşı olmuşdu. İrana reaksiya göstərən etirazçılar üzərindəki təsirini qorumaq istəyən Sədrin hökumət ortağının İran tərəfdarı olan qruplardan ibarət olması Sədrin dəyişkən münasibətinin göstəricisi olmaqla yanaşı, həm də illərdir güc qazanmaq üçün tənqid etdiyi aktyorlarla tərəfdaşlıq etməsinə bir nümunə idi.

Sədrin etirazlarla bağlı dəyişkən mövqeyi

Sədr 1 oktyabr 2019-cu ildən etibarən İraqda işsizlik, korrupsiya, kifayətsiz dövlət xidmətləri və İranın ölkədə artan nüfuzuna qarşı etirazları dəstəkləyir.

Heç bir qrupun rəhbərliyi və ya liderliyi altında baş vermədiyi üçün bu etirazlara hökumət və təhlükəsizlik qüvvələri də çox sərt reaksiya verib və 600-dən çox insan ölüb, minlərlə insan isə yaralanıb.

Sədr etirazçıları qorumaq üçün “mavi papaqlılar” adlandırdığı Seraya əs-Salam milis qüvvəsinin üzvlərindən ibarət bir qrupa vəzifələr verib. Yarandığı gündən bəri ən böyük etiraz aksiyalarının keçirildiyi İraqda ilk dəfə baş nazir Adil Əbdülmehdi etirazlar nəticəsində istefa verib.

5 oktyabr 2019-cu ildə İraqda başlayan etirazlarda 600-dən çox adam öldü.

Süleymani və Mühəndisin öldürülməsi nəticəsində İraqın ABŞİran arasındakı gərginliyin mərkəzinə çevrilməsi 2003-cü ildən sonra qurulan etnik və məzhəb kvotası əsasında sistemə köklü şəkildə qarşı çıxan etirazların gedişatına da təsir göstərib.

Əslində, etirazlardan narahat olan İrana yaxın olan şiə hökmdarları və ruhanilər etirazların gedişatını ABŞ-ın əleyhinə çevirməyə çalışıblar. İraq parlamenti 5 yanvarda təcili toplantı keçirərək İraq hökumətindən xarici qüvvələrin İraqdakı bazalardan çıxarılmasını tələb edən vəsatədi qəbul edib. Lakin iclasda yalnız şiə millət vəkilləri iştirak edib, sünni və kürd millət vəkilləri isə iştirak etməyərək boykot ediblər.

2003-cü ildən bu yana ABŞ-ın bu ölkədəki hərbi varlığına qarşı çıxan Sədr hadisələri fürsətə çevirmək üçün paytaxt Bağdadda ABŞ əleyhinə bir nümayiş təşkil edib. ABŞ-a qarşı “beynəlxalq müqavimət qüvvələri” yaratmaq üçün çağırış edən Sədr Mehdi Ordusunu yenidən qurmaq qərarına gəlib və Mühəndisin ölümündən sonra yaranan boşluğunu doldurmağı hədəfləyib. Ancaq İrandakı Həşdi Şəni liderləri ilə görüşlər keçirən Sədrin ABŞ əleyhinə olduğu, Sədrin İraqdakı təsirini pozmağa çalışdığı və etirazçıları da İrana yaxınlaşdırdığı qeyd edilib.

Süleymani və Mühəndisdən sonra yaranmış boşluğu doldurmaq istəyən Sədr ABŞ əleyhinə bir milyonluq nümayiş keçirmək üçün çağırış edərək ABŞ, İranİraqdakı siyasi qruplara öz səfərbərlik gücünü göstərməyi hədəfləyib. Həşdi Şəbi tərəfdarlar ABŞ əleyhinə etiraz aksiyasında iştirak etməsi Sədrin etiraz aksiyalarında oxuduğu mesajında ABŞ qüvvələrinin geri çəkilməsi üçün müvəqqəti atəşkəs təklifi və İranı nəzərdə tutaraq heç bir xarici müdaxiləni qəbul etməyəcəyi barədəki bəyanatı İranı və İran tərəfdarı olan iraqlı qrupları narahat edib.

Həmçinin, Sədr Həşdi Şəbinin Müdafiə və Daxili İşlər nazirlikləri ilə birləşdirilməsi təklifini verməklə İranın bu ölkədəki nüfuzunu qırmağı hədəfləyir. Ancaq 1 milyonluq nümayiş çağırışına gözləniləndən daha az insanın iştirak etməsi və daha sonra Sədrin hökumət əleyhinə keçirilən etirazlara verdiyi dəstəyi geri çəkdiyini açıqlaması nümayişçilər və Sədr hərəkatı daxilində narazılıqla qarşılanıb. Ona görə də, Sədrin ən yaxın adlarından olan Əsəd ən-Nasıri Sədrin qərarını tənqid edib və nümayişçilərə dəstək verilməli olduğunu bildirib. Nasıri Bağdad, Nəcəf və Nəsiriyyə kimi şəhərlərdə etirazçılara qarşı zorakılıq edən milisləri tənqid edən açıqlamalar verdikdən sonra hərəkat daxilindəki vəzifələrinin Sədr tərəfindən məhdudlaşdırılması Sədrin hərəkatda şübhə altına düşməsinə və hadisələr qarşısında fikir ayrılığı yaşandığına işarə edir.

Nümayişlərin sona çatması və etirazçıların evlərinə qayıtması üçün çağırış edən Sədri xəyanətdə ittiham edən nümayişçilər küçəyə onun çağırışı ilə çıxmadıqlarını vurğulayaraq, hərəkata davam edəcəklərini bildiriblər. Siyasi bazasını genişləndirmək, ölkədəki və bölgədəki siyasi aktyorlara qarşı gücünü artırmaq üçün İraqdakı hökumət əleyhinə etirazlardan istifadə edən Sədr etirazçıları özünə qarşı çevirərək zərbəni zəiflədib.

Bundan əlavə, Bəsrə və Meysanda Sədrə bağlı olan Seraya əs-Salam qrupunun 2 liderinin naməlum şəxslər tərəfindən öldürülməsinin Sədr Hərəkatı ilə İran tərəfdarı milis qrupları arasındakı güc mübarizəsinin nəticəsi olduğu iddia edilir. Bu kontekstdə, etirazçılar və İran tərəfdarı olan siyasi və milis qrupları arasındakı tarazlıq ünsürü kimi tanınan, lakin son zamanlarda etirazçıların diqqətini çəkən Sədrin İranİraqda hakimiyyət üçün mübarizə aparması onu çox zəiflədəcək.

Etirazçıların Əlləviyə qarşı olan narahatlığına məhəl qoymayan Sədrin cəhdləri nəticəsində ona bağlı olan “mavi papaqlılar” qrupun etirazları basdırmaq cəhdləri nəticəsində 8 nümayişçi həyatını itirib,52 nəfər yaralanıb. Sədrın çağırışına və “mavi papaqlılar”ın təzyiqinə baxmayaraq, nümayişçilərin meydanlardan çıxmaması Sədrin geri addım atmasına səbəb olub və “mavi papaqlılar”a meydanlardan çəkilməyi tapşırıb. Bununla birlikdə, etirazçıların etimadını itirən Sədr meydanları dolduran nümayişçilər tərəfindən “qatil” adlandırılıb və ona qarşı şüarlar səsləndirilib.

Sədr, həmçinin, nümayişlərdə qadınlarla kişilərin birlikdə olmasını, alkoqoldan istifadə etməsini tənqid edərək onların ayrılmalarını tələb edib. Sədrin bu çağırışı aksiya iştirakçılarının, əsasən də gənclərin narazılığına səbəb olub. Çünki İraqda davam edən xroniki problemlərin ən böyük qurbanı olan qadınlar oktyabr ayından bəri etirazların ən vacib komponentlərindən biri olublar.

Gənclərin işsizlik göstəricisinin 25% olduğu İraqda bu rəqəmin qadınlar arasında 38%-ə yüksəlməsi etirazlarda qadınların aktivliyini daha da artırıb. Qadınların ictimai sahələrdə daha fəal olduğu bu yeni nəslin etirazlarla birlikdə İraqda hökm sürən mühafizəkar anlayışı da dəyişdirməyə başlaması Sədrlə etirazçıları qarşı-qarşıya qoyan digər bir amildir.

Əslində, Sədrin etirazlarda qadınlarla kişiləri ayırmaq çağırışına qarşı çıxan qadınlar fevralın 13-də Sədr əleyhinə nümayiş təşkil etmiş və qadınlardan ölkənin gələcəyində səs sahibi olmalarını istəyiblər. Sədr isə onu dəstəkləyən qadınları cümə namazından sonra nümayiş keçirməyə çağırıb. Maraqlıdır ki, bu çərçivədə etnik və məzhəb mənsubiyyəti zəifləyən, fərdiləşdirilmiş və dünyəviləşmiş gənclər arasındakı dərin fərq və Sədrin İraqla bağlı təxəyyülü bu etirazlarla yenidən ortaya çıxıb.

Sədr nüfuzunu itirə bilər

2019-cu ilin oktyabrından, yəni İraqda və bölgədə siyasi təsirini artırmaq üçün nümayişlər başlayandan bəri hesablamalar apararaq daim mövqeyini dəyişən və küçələrə duyulan inamını sarsıdan Sədr uzun zaman ərzində ölkədəki siyasi ağırlığını itirə bilər. 2003-cü ildən sonra qurulan statusdan ən çox faydalanan aktyorlardan biri olan Sədrlə islahat çağırışı ilə vəziyyəti kökündən dəyişdirmək istəyən etirazçıların ayrılması qaçınılmaz görünür. Sədrin etiraz aksiyalarının başlaması ilə İraqdakı gücünü möhkəmləndirmək və ölkədəki siyasi aktyorlar və etirazçılar arasında tarazlıq amili olmaq hədəfi Süleyman və Mühəndisin öldürülməsindən sonra aldığı mövqe ilə uğursuzluğa düçar olub.

25 yanvarda Sədrin ABŞ-a qarşı keçirdiyi etiraz aksiyalarında gözləniləndən daha az insanın iştirak etməsi və onun etirazlara som verilməsi üçün çağırış etməsi nəticəsində nümayişçilərin Sədrə olan inamı azaldı. Çünki Sədrin çağırışına qulaq asmayan etirazçılar aksiyaları davam etdirmiş və Sədri xəyanətdə ittiham etmişlər. Yalnız etirazçıların deyil, öz hərəkatının da inamını itirən Sədrin 2010-cu ildən bəri bir ayağı islahat tələb edən etirazçılarda, digəri isə siyasətdə olan iki ayaqlı siyasətinə ciddi zərər dəyə bilər. Çünki Sədrin iqtidar üçün vacibliyi küçədəki gücü, kommunistləri və dünyəviləri birləşdirib antikorrupsiya əleyhinə ittifaq qurmasında idi.

Küçədəki gücünü itirməyə başlayan Sədrin ölkədə və bölgədəki aktyorlar arasında siyasi nüfuzunu azala bilər və təkcə öz hərəkatının lideri kimi qala bilər. Əslində, etirazçılara rəğmən, Əlləvini dəstəkləyərək küçədəki inamı və təsiri itirən Sədr dəstəklədiyi namizədin parlamentdəki iki iclasda etimad qazana bilməyib vəzifədən geri çəkilməsi ilə siyasətdə də itirən tərəf olub. Dini qurumlara və aktyorlara olan etibarın getdikcə azaldığı İraqda fərdiləşmiş və daha dünyəvi gənclərlə Sədrin İraq xəyalı arasındakı fərq özünü daha çox göstərə bilər. Üstəlik, hətta öz hərəkatında da tənqid olunan Sədr erkən seçkilərdə səs itirmək və parlamentdəki ağırlığını da itirmək riski ilə üz-üzə qala bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar