Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqda vəziyyət gərginləşib - Kütləvi etirazlar başlayıb

İraqda yenidən gərginlik yaranıb...

Paytaxt Bağdad daxil olmaqla bir sıra şəhərlərdə kütləvi etirazlar davam edir.

Azərtac xəbər verir ki, etirazçılar ABŞ hərbçilərinin ölkədən çıxarılmasını tələb edirlər. Bağdadda polis etirazçılara atəş açıb və 2 nəfər yerindəcə həlak olub. Daha bir nəfər xəstəxanada ölüb. Ümumilikdə qarşıdurmada 25 nəfər xəsarət alıb.

Artıq 2 aya yaxındır ki, İraqda qeyri-sabit vəziyyət davam edir. Etirazçılar ABŞ hərbçilərinin ölkədən çıxarılmasını tələb etsələr də, hökumət konkret addımlar atmağa tələsmir. Etirazlara münasibət bildirən ABŞ-ın dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ hərbçiləri İraqdan çıxmayacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında İraq parlamenti başqa dövlətlərə məxsus hərbi hissələrin İraqdan çıxarılması haqqında qanun qəbul edib. Bundan sonra rəsmi Vaşinqton İraqın ABŞ banklarındakı aktivlərini dondurmaq və maliyyə yardımlarını dayandırmaqla hədələyib. Bu hədələrdən sonra İraqda vəziyyət daha da gərginləşib. Hazırda İraqABŞ arasında danışıqlar aparılır.

pia.az


Etiket: İraq etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar