Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqda şiə gənclərin inqilabı - Dini quruluşa və İrana qarşı üsyan edirlər...

İraqda 2 aydır davam edən nümayişlər Ərəb dünyasında inqilab dalğasının yeni bir mərhələsini ortaya çıxarıb...

Yasin Aktay
“Yeni Şafak” qəzeti, Türkiyə, 9 dekabr 2019-cu il

Bu inqilabların qısa zamanda hansı mərhələlərdən keçməsinə və sonradan kimlərin müdaxiləsi ilə sıradan çıxarıldığına ən ağır şəkildə şahid olmuşuq. Yenə də hər bir xalq bu tragik nəticələrə rəğmən, inqilab iradəsindən əl çəkmir.

İnqilabın guya boğulduğu yerlərdə belə inqilab iradəsi heç azalmır. Çünki Ərəb dünyasında xalqlarla rəhbərliklər arasında ciddi bir uçurum var. Rəhbərliklər xalqı təmsil etmədiyi kimi, xalqların iradəsini əllərində tutur və qaynaqlarını istismar edirlər.

Öz ölkələri ilə bacarmayan rəhbərlər davam etmək üçün başqa güclərin axtarışına düşürlər və buna görə də, öz ölkələrinin qaynaqlarını xaricilərə rüşvət verməyə başlayırlar. Öz xalqı ilə müharibə edən Misir lideri Əbdülfəttah əl-Sisinin istər Nil çayı üzərindəki su anbarı məsələsində, istərsə də Aralıq dənizindəki İnhisar İqtisadi Bölgə məsələsində Yunanıstana və İsrailə verdiyi güzəştlərini başqa cür başa düşmək mümkün deyil. Möhtac olduğu qüdrəti xalqından deyil, İsrail, ABŞAvropadan gözləməsi onu xalqdan daha da uzaqlaşdırır.

Livan və İraqda isə Qərb qüvvələrindən əlavə İranın təsirinə və ölkədəki qəyyumluğuna qarşı xalqların üsyan etdiyi açıq şəkildə görünür. İranlı liderlər bu qəyyum rollarını gizlətməyə də hetiyac duymurlar. Uzun müddətdir iranlı nümayəndələrin fəxr edərək “4 sünni paytaxtında hakim olmaları”nı açıqlaması hər kəsə məlumdur. 4 sünni paytaxtı deyəndə Bağdad, Dəməşq, Beyrut və Sana şəhərləri nəzərdə tutulur.

İranın bu şəhərlərdəki hakimiyyətini tək-tək nəzərə aldıqda görünür ki, o, buralardakı xalqlara heç bir yaxşılıq, üstünlük və fayda gətirmir. Əksinə İranın nəzarəti ilə bu şəhərlərin hamsının məruz qaldığı yeganə şey dağıntı, qanunsuzluq, qeyri-sabitlik, vətəndaş müharibəsi, idarəsizlik və səfalətdir. İranın bu ölkələrdəki idarəçilik modeli elə budur.

Halbuki bu modeli irəli sürmədən əvvəl yenə sünni İslam dünyasında İranın nüfuzu da, düşüncəsi də daha yüksəkdə idi. İran hakimiyyət qurduqca özündən uzaqlaşdıran, nifrət etdirən bir paradoksun içinə düşdü. Ərəb Baharı prosesi başladıqda İranın populyarlığı bir xeyli yüksəlmişdi. Lakin qısa zaman sonra bu inqilablara qarşı Səudiyyə Ərəbistanından və ya BƏƏ-dən daha yaxşı bir mövqe sərgiləyə bilmədi və inqilabların Yəmən və Suriya xalqlarını ayıraraq əksinqilab rolu oynadı. Beləliklə, Ərəb dünyasında öz iradəsilə mübarizə aparanlara qarşı mühafizəkar bir mövqe irəli sürdü.

2 aydır Bağdadda və daha uzun müddətdir Livanda davam edən etiraz aksiyaları təkcə sünnilər tərəfindən aparılsaydı, bunları qaralamaq və basdırmaq daha asan olacaqdı. Halbuki bu prosesin əvvəlindən bəri ilk etirazlar şiələr tərəfindən İrana qarşı aparılır. ABŞ və bəzi Körfəz ölkələri bu nümayişlərə dəstək verdiyini açıqlasa da, hərəkatlar onu göstərir ki, vəziyyət olduqca sosioloji dinamikalara əsaslanır və nümayişçilər bu cür dəstəyi rədd edirlər.

Xalqların daha yaxşı rəhbərlik istəmələri və bunun üçün müəyyən bir səviyyədən sonra qanunsuzluq və pis idarəçiliyə üsyan etmələri, xüsusilə İraq nümunəsinə baxdıqda gözlənilən idi. Çünki İraq ABŞ işğalından etibarən paralel olaraq, sanki bir İran işğalına da məruz qalır (təkcə bu vəziyyət belə xalqlarda ciddi bir güvənsizliyə gətirib çıxarır). İranın bütün qurumlar üzərində birbaşa nəzarəti var və rəhbərlər bu vaxtadək İraq xalqına heç bir rifah vəd etməyiblər. Dünyanın ən zəngin neft qaynaqlarına sahib olan İraq bu qaynaqlardan xalq üçün doğru şəkildə istifadə edə bilmir. Çünki qaynaqların böyük bir qisminin İran nəzarətində olduğu düşünülür.

Üsyan edən şiə gəncləri və İraqın bütün qisimləri İraqın müstəqilliyini təkcə ABŞ-a qarşı deyil, İrana qarşı da müdafiə edir və bunun üçün mübarizə aparır. İşin maraqlı tərəfi odur ki, bu gənclər İranın təmsil etdiyi dini-teokratik avtoritarlığa üsyan edərkən, ümumən hər cür teokratik rəhbərliyə qarşı çıxırlar.

Ona görə də, nümayişçilər şiə dindarlarından gələn dəstəkləri də bir mərhələdən sonra rədd etdilər. Bu durum, əslində, həm şiə, həm də digər iraqlı gənclərin hər cür teokratik idarəçilik əleyhinə yaratdığı mövqeni göstərir.

İranın təmsil etdiyi dini teokratik rəhbərliyin sekulyar təsirləri əvvəlcə şiə qisimlərin üzərində görünür, amma ümumən “İslam Dövləti” anlayışına qarşı da ciddi bir mövqe yaradır.

İfratçı şou ilə özünü göstərən bu qəyyumluq praktikada qanunsuzluğa, kasıblığa və şiddətə çevrildiyi üçün bunun sekulyar bir təsir yaratması çox təbiidir.

Bu durum, əslində, sekulyarlaşma müzakirələri üçün müsbət bir təcrübə yaradır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar