Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq ruhanisinin evinə dron hücumu olub

İraq ruhanisi Moqtəda əl-Sədrin evinini şənbə günü silhalı dron hədəf alıb...

Bu, onun tərəfdarları 17 etirazçının ölümü ilə nəticələnən hücuma cavab olaraq Bağdada getməsindən bir neçə saat sonraya təsadüf edib.

Bu hadisə İraqda oktyabr ayından bəri davam edən hökümət əleyhinə etirazlarda narahatedici dönüş nöqtəsidir.

Paytaxtın ikonik Təhrir Meydanında toplaşan əsasən gənclərdən ibarət etirazçılar uzun müddətdir vəziyyətin xaosa çevriləcəyindən narahat idilər. Cümə günü isə onların narahatlıqlarının əbəs olmadığı ortaya çıxdı.

Gecə düşəndən sonra silahlılar etirazçıların paytaxtın Əl-Sinek körpüsü yaxınlığında həftələrdir qaldığı binaya hücum edib.

Şahidlər deyir ki, hücumçular etirazçıları atəş açaraq binadan qovarkən körpüdə yerləşdirilən təhlükəsizlik qüvvələri müdaxilə etməyib.

Tibb işçiləri AFP-yə bildirib ki, azı 17 nəfər öldürülüb, onlarla insan yaralanıb. Təcili tibbi yardım maşınları güllə və bıçaq yarası alan yeniyetmələri yaxınlıqdakı xəstəxanalara çatdırıb.

Nümayişçilər küçələrə axın edib və sosial media vasitəsilə insanları onların əsas toplaşdığı məkan olan Təhrir Meydanına gəlməyə çağırıb.

Şənbə səhər meydana yüzlərlə insan toplaşıb.

“Mən insidentdən sonra buraya gəldim və Təhrirdə və Əl-Sinekin yanında tonlarla insan var idi”, bir nümayişçi AFP-yə bildirib.

pia.az


Etiket: İraq hücum

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar