Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq parlamenti hökumətin yeni tərkibini təsdiqləməyib

İraq parlamentinin hökumətin yeni tərkibini təsdiqləməsi mümkün olmayıb...

İraq parlamentinin bu gün Məhəmməd Taufik Alauinin rəhbərlik edəcəyi yeni hökumətə etimadla bağlı planlaşdırılan xüsusi iclasını keçirmək mümkün olmayıb.

APA-nın “Al Sumaria” telekanalına istinadən verdiyi məlumata görə, parlamentarilər səsvermənin başlaması üçün kvoruma nail ola bilməyib.

Parlamentin 329 deputatından yalnız 108-i iclasa qatılıb. Hökumətə etimad üçün isə 165 deputatın dəstəyi lazımdır. M. T. Alauinin nazir postlarına təklif etdiyi namizədlərdən narazı qalan siyasi bloklar iclası baykot ediblər. Nəticədə parlament rəhbərliyi iclası təxirə salıb. Ancaq hələ ki, yeni iclasın vaxtı müəyyənləşməyib.

Bununla belə, parlamentin spikeri, sünni siyasi qüvvələrin bir araya gəldiyi “İraq gücləri” koalisiyasının nümayəndəsi Məhəmməd əl-Xalbusi deyib ki, qanuna əsasən parlamentin yeni hökumətə etimad üçün səsvermə müddəti sabah başa çatır. Əgər sabah da yeni hökumətə etimad səsverməsi keçirilməzsə, bütün proses əvvəldən başlamalıdır. Yəni yenidən Prezident Bəhram Saleh parlament çoxluğunun Baş Nazir postuna irəli sürəcəyi yeni namizəd seçməlidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar