Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranlı həkim: “Azərbaycanda həkimlər pis deyil, dərmanlar pisdi”

"Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın"

Hazırda Təbriz xəstəxanalarının birində çalışan, tanınmış həkim uroloq Hasan Hasanzadə bir neçə il əvvəl dəvətlə Bakıda klinikaların birində işləyib. Sonradan İrana geri qayıdan həkimin yanına indi də burdan xəstələr gedir.

Medicina.az xəbər verir ki, azərbaycanlı pasiyentlərdən biri Təbrizdə Həsən həkimin qəbulunda olarkən, niyə Bakıda qalıb işləmədiyini soruşur. O bildirib ki, Azərbaycanda işləyəndə xəstələrə düzgün müalicə yazmasına baxmayaraq, effekt görmürdü.

“Mən dünya tibbi protokolları müalicə üçün nə tələb edirsə, onu da yazırdım. Amma Azərbaycanda yazdığım müalicələr burdakı kimi effekt vermirdi. Nə xəstə, nə mən təsirini görmürdüm. Anladım ki, səbəb dərmanlardır. Eyni dərman, eyni tərkibdir.

İranda o reseptlə xəstəliyi 3 həftəyə sağaldırdım, Bakıda isə aylarla fayda görmürdük. Bu da xəstələrdə həkimə inamsızlıq yaradır. Ona görə işləməyə davam etmədim. İndi Təbrizə Bakıda məni tanıyanlar gəlir. Dərmanlarını burdan alırlar. Bir neçə dəfə orda işləmək üçün dəvətlər gəlib, amma getmirəm. İşləməyimin nə faydası? Özümlə İrandan dərman daşıya bilmərəm axı”.

Həkim qeyd edib ki, “Azərbaycanda yaxşı həkim yoxdur, ona görə xəstələr xaricə gedir fikri” ilə razı deyil.

Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın”.

pia.az


Etiket: Həkim Dərman

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar