Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranla ABŞ arasında hədə-qorxu dueli...

Politoloq: “Vaşinqton sanksiyalar tətbiq etməklə, yəni hərbu güc tətbiq etmədən İranı iqtisadi cəhətdən zəiflətməklə Tehranın Yaxın Şərqdəki aktivliyini azaltmaq istəyir. Hazırda bu Yaxın Şərqdə Ağ Evin əsas hədəfidir”

ABŞ-ın tək yolu İranı daxildən çökdürmək və indiki rejimi inqilabi yolla devirməkdir. Hərbi müdaxilə yolu ilə ABŞ-ın İranı ram etməsi inandırıcı görünmür və bu xaosun daha da böyüməsinə yol aça bilərr”.

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə İranla ABŞ arasında davam edən gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə ABŞ-a təhdid edib. Belə ki, iranlı general ABŞ-ın Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki bazalarının, həmçinin, Bəsrə Körfəzindəki təyyarədaşıyan gəmilərinin İran raketlərinin uçuş məsafəsində olduğunu açıqlayıb.

“Bizim raketlərin uçuş məsafəsindədirlər və hər hansı hərəkət edərlərsə, onları vura bilərik. Qurudan dənizə raketlərimizin uçuş məsafəsi 700 kilometrdir və ABŞ-ın təyyarədaşıyan gəmiləri hədəfimizdədir”, - Hacızadə deyib.

Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft ixracını hədəf alıb.

Ancaq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən həftə ABŞ sanksiyalarının neft ixracına böyük təsir göstərməyəcəyini açıqlamışdı.

İranla ABŞ arasında davam edən gərginliyin açıq hərbi qarşıdurmaya keçmə təhlükəsi varmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Hadisələrin inkişafı Tehranın İran körfəzindən Hind okeanına neft daşımalarının həyata keçirildiyi Hörmüz boğazını bağlamasına qədər gətirib çıxara bilər. Bu isə artıq müharibə deməkdir”.

İranın enerji sisteminə tətbiq olunana sanksiyalar və İran neftinin ixracının məhdudlaşdırılması, Tehranın İran körfəzindən Hind okeanına neft daşımalarının həyata keçirildiyi Hörmüz boğazını bağlanmasına gətirib çıxara biləcəyin xatırladan politoloq vurğulayıb ki, İran belə bir addım atarsa, regionda hərbi qarşıdurma qaçılmaz olacaq:

ABŞ-ın İranla bu ilin may ayında nüvə sazişindən çıxması və sanksiyaları yenidən tətbiq etməsi, iki ölkə arasında yenidən siyasi qarşıdurmaya gətirdi. Hazırda İranın Yaxın Şərqdə açıq-gizli hərbi-siyasi fəaliyyəti ABŞ-ı və İsraili ciddi şəkildə narahat edir. Buna görə də Vaşinqton sanksiyalar tətbiq etməklə, yəni hərbu güc tətbiq etmədən İranı iqtisadi cəhətdən zəiflətməklə Tehranın Yaxın Şərqdəki aktivliyini azaltmaq istəyir. Hazırda bu Yaxın Şərqdə Ağ Evin əsas hədəfidir.

Hesab edirəm ki, iki ölkə arasında hazırda hərbi toqquşma real olmasa da risklər daima var. Çünki, hadisələrin inkişafı Tehranın İran körfəzindən Hind okeanına neft daşımalarının həyata keçirildiyi Hörmüz boğazını bağlamasına qədər gətirib çıxara bilər. Bu isə artıq müharibə deməkdir.

Məhəmməd Əsədullazadə: “İran körfəzində başlayacaq bir müharibə dünyada geosiyasi fəlakət yarada bilər”.

Belə variant olarasa, regionda hərbi qarşıdurma qaçılmaz olacaq. O zaman bu münaqişəyə bir çox ərəb dşvlətləri, o cümlədən İraq da qarışa bilər. Təbii ki, ABŞ özü İrana qarşı açıq hərbi fəaliyətə keçməz. ABŞ daha çox Səudiyyə Ərəbistanı, İsrail və regiondakı digər müttəfiqləri vasitəsi ilə İrana qarşı müharibə aparar. Belə olan təqdirdə İran öz ballistik raketləri vasitəsi ilə ABŞ-ın yaxınlıqda olan hərbi bazalarına raket zərbələri də endirə bilər. Ona görə də körfəzdə mümkün müharibə böyük fəlakətə yol aça bilər.

Ümummiyyətlə İran körfəzində başlayacaq bir müharibə dünyada geosiyasi fəlakət yarada bilər. Bir müddətdən sonra münaqişəyə Hindistan, Çin, Rusiya kimi böyük dövlətlər müdaxilə edə bilərlər. Bu isə ABŞ-ın və İsrailin arzu etdiyi variant deyil. Hesab edirəm ki, bu üzdən də tərəflər mümkün qədər təmkinli davaranacaqlar və ABŞ sanksiyalar vasitəsi ilə İranı ram eləməyə çalışacaq.

Ümumilikdə götürdükdə isə ABŞ-ın tək yolu İranı daxildən çökdürmək və indiki rejimi inqilabi yolla devirməkdir. Hərbi müdaxilə yolu ilə ABŞ-ın İranı ram etməsi inandırıcı görünmür və bu xaosun daha da böyüməsinə yol aça bilər. Bu isə ABŞ üçün Yaxın Şərqdə yaxşı heç nə vəd eləmir və yəqin ki, bunu Vaşinqtonda da bilirlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar